“Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                       
Tarix : 9-09-2015, 13:45
"Hər bir Azərbaycan vətəndaşı bu qüvvələrin çirkin niyyətlərindən xəbərdardır"


Bu gün xaotik şəkildə Avropada yaşanan miqrant böhranı elə Avropa dövlətlərinin, o cümlədən ABŞ-ın Yaxın Şərq ölkələrində yürütdüyü neomüstəmləkəçi siyasətin acı nəticələridir.

Butov.az Milli.az-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyevin iqtisadi məsələlərə və 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirədə çıxışını şərh edərkən Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi şərhçi Arzu Nağıyev deyib.

A.Nağyev qeyd edib ki, bu gün, doğrudan da, çox acınacaqlı bir vəziyyət yaranıb: "Şimali Afrika və Yaxın və Orta Şərq ölkələrindən yüz minlərlə qaçqın müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya axın edir. İkinci Dünya Müharibəsindən sonra Avropaya belə axın olmamışdı. İndi Qərb dövlətləri həmin ölkələrdə sabitliyin pozulmasıma, münaqişələrin yaranmasına səbəb olan siyasətlərinin acı nəticələri ilə üz-üzə qalıb. Həmin ölkələrdəki sabit siyasi sistemlər müxtəlif adlar altında devrildi, bunun nəticəsində münaqişələr meydana gəldi. İndi həmin ölkələrdən qaçqınlar Avropaya üz tutub".

A.Nağıyev vurğulayıb ki, yaranmış bu vəziyyət Avropanın özü ilə yanaşı, bütün dünyada sabitliyi və inkişafı ciddi sual altında qoyur.

A.Nağyev əlavə edib ki, bu acınacaqlı vəziyyəti yaradan qüvvələr, o cümlədən ABŞ və Avropanın müəyyən dairələri müxtəlif QHT-lər və "5-ci kolon" vasitəsilə Azərbaycanda da sabitliyi pozmağa cəhdlər edib və bu gün də edir: "Azərbaycanda sabitliyin mövcüd olması, əldə olunan iqtisadi uğurlar və ölkənin dünyada artan nüfuzu bu dairələri qıcıqlandırır. Hazırda Azərbaycana qarşı təşkil olunan kampaniyanın əsas səbəbi də məhz bu amildir. Ancaq bu cəhdlər heç bir nəticə verməyib və verməyəcək də. Birincisi ona görə ki, hüquq-mühafzə orqanları bu istiqamətdə ciddi iş aparır, istənilən cəhdin qarşısı vaxtında müəyyən edilərək qabaqlayıcı tədbirlər görülür. Digər tərəfdən isə hər bir Azərbaycan vətəndaşı bu qüvvələrin çirkin niyyətlərindən xəbərdardır və onların təxribatlarına getmirlər. Xalq yaxşı başa düşür ki, bu dairələrin məqsədi Azərbaycanı da xaosa sürükləməkdir. Ona görə də xalq dövlət, prezident ətrafında sıx birləşib".


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!