Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 23-10-2015, 14:10
Aydın Quliyev: " Əflatun Amaşov Azərbaycan jurnalistlərinin seçimidir."


Azərbaycan Respublikasının Milli Məclisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşov oktyabrın 22-də Saatlı rayonunun Azadkənd, Sarıcalı və Əbil kəndlərinin seçiciləri ilə görüşüb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlunun, veteran jurnalist Məzahir Süleymanzadənin, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyevin və «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlının iştirak etdiyi görüşlərdə seçicilərə deputatlığa namizəd Əflatun Amaşovun ömür yolu, fəaliyyəti barədə geniş məlumat verilib.
Aydın Quliyev: " Əflatun Amaşov Azərbaycan jurnalistlərinin seçimidir."

U.Rəhimoğlu Ə.Amaşovu işgüzar keyfiyyətlərə malik səmimi dost, bacarıqlı təşkilatçı kimi xarakterizə edib. Deputatlığa namizədin bu keyfiyyətlərinin Milli Məclisin üzvü kimi xalqa xidmət baxımından uğurlu nəticələr verəcəyinə inandığını deyib. O, noyabrın 1-də seçiciləri bütün bunları nəzərə almaqla Ə.Amaşovu dəstəkləməyə çağırıb.
T.Aydınoğlu müstəqillik dövründə Azərbaycan demokratik mətbuatının formalaşması məziyyətlərindən söz açıb. Mövcud xüsusda Ə.Amaşovun rəhbəri olduğu təşkilatlardakı fəaliyyətini önə çəkib. Deputatlığa namizədin iş təcrübəsinin Milli Məclisin üzvü kimi davamının faydalı olduğunu dilə gətirib.
M.Süleymanzadə 40 ildir tanıdığı Ə.Amaşovu mütərəqqi, insanları dinləməyi bacaran, onlara kömək etməkdən zövq alan təmənnasız insan kimi dəyərləndirib. Bu keyfiyyətlərə malik şəxslərin ali qanunverici orqanda təmsilçiliyinin bütövlükdə ölkə üçün zəruriliyini vurğulayıb.
Aydın Quliyev: " Əflatun Amaşov Azərbaycan jurnalistlərinin seçimidir."
Aydın Quliyev: " Əflatun Amaşov Azərbaycan jurnalistlərinin seçimidir."

A.Quliyev çıxışında bildirib ki, Ə.Amaşov Azərbaycan jurnalistlərinin seçimidir. Bu seçimin Saatlı camaatının seçiminə çevrilməsi həm jurnalist ictimaiyyəti, həm də saatlılılar üçün müstəsna divident vəd edir. A.Quliyev həmçinin deputatlığa namizədi sözünün üstündə durmağı bacaran, işinə məsuliyyətlə yanaşan rəhbər kimi dəyərləndirib.
A.Aşırlı Ə.Amaşovu milli vətənpərvərlik ruhunun daşıyıcısı olan və bunu əməli fəaliyyətilə isbatlamış yaradıcı şəxs olaraq səciyyələndirib. Baş redaktor deyib ki, xalq məhz belə insanlara etimad göstərməklə ölkə parlamentinin demokratik əsasda formalaşmasına öz töhfəsini vermiş olacaq. A.Aşırlı bu baxımdan Saatlı camaatının da layiqli seçim edəcəyinə inamını ifadə edib.
Aydın Quliyev: " Əflatun Amaşov Azərbaycan jurnalistlərinin seçimidir."
Aydın Quliyev: " Əflatun Amaşov Azərbaycan jurnalistlərinin seçimidir."

Azərbaycan Respublikasının Milli Məclisinə 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizəd Əflatun Amaşov Saatlı rayonunun Azadkənd, Sarıcalı və Əliabad kəndinin seçiciləri ilə görüşlərdəki çıxışlarında bildirib ki, dəyişən dünyanın dəyişən reallıqlarına adekvat münasibət ortaya qoymaq, milli şüur və düşüncəmizi, milli kimliyimizi qorumaq baxımından həm də böyük ictimai missiya yerinə yetirən Mllli Məclisin qarşıdakı beş ildə görəcəyi işlər həddən artıq çoxdur. Qurumun insanlarımızın sosial rifah halının yaxşılaşdırılmasına, qayğılarının aradan qaldırılmasına yönələn təşəbbüsləri, ətraf aləmdə baş verənlərə münasibətdəki çevikliyi yekun nəticə etibarilə hər bir vətəndaşda dövlətinə inamı artırır, milli şüur və milli kimlik hissini daha da möhkəmləndirir. Vətəndaş dəstəyini hiss edən hər bir dövlətin əzmi də bundan asılıdır. “Ali qanunverici orqanın fəaliyyət mütəhərrikliyi xalqın onu necə formalaşdırmasına bağlı olan məsələdir. Kimə dəstək verməsindən asılı olmayaraq mən Azərbaycan xalqının layiqli seçim edəcəyinə inanıram. Sizlərin layiqli namizədiniz olmaq istəyimi ifadə etmək üçün buradayam”, - deyən Ə.Amaşov onu da qeyd edib ki, Azərbaycanda bütün sahələrdə uğurlu islahatlar aparılmaqdadır.
Aydın Quliyev: " Əflatun Amaşov Azərbaycan jurnalistlərinin seçimidir."
Aydın Quliyev: " Əflatun Amaşov Azərbaycan jurnalistlərinin seçimidir."

Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş, dövlət başçısı cənab İlham Əliyevin uğurla reallaşdırdığı bu siyasi kursun icrasına dəstək bundan sonra da dönməz xarakter daşımalıdır: “Hesab edirəm ki, Milli Məclisin deputatı olmaq istəyən şəxs məhz bunu düşünməli, əməli fəaliyyətini, bacarığını mövcud istiqamətdə səfərbər etməli, xalqın istək və arzularının ifadəçisinə çevrilməli, məramı səmimiyyətdən, Vətənə, vətəndaşa, dövlətçiliyə sədaqətdən yoğrulmalıdır. Mən namizədliyimi sizlərə sadiqlik əzmimi ortaya qoyaraq irəli sürmüşəm. Sizlərə loru desəm, qızıldan dağlar vəd etmirəm. Üzləşdiyiniz problemlərin həllində yardımçı olmağı, dostunuz, qardaşınız olmağı vəd edirəm. Parlament üzvü seçici etimadına layiq görüldüyü bölgə ilə nəfəs almalıdır. Bölgənin üzləşdiyi çətinlik onun Milli Məclisdəki çıxışlarının tezislərinə çevrilməlidir. Mən bunun üçün özümdə güc hiss edirəm”.
Ə.Amaşov həmçinin bildirib ki, depuatatlığa namizəd kimi seçki platformasında yer alan başlıca müddəalardan biri də Azərbaycan həqiqətlərinin təbliğidir. “Əlbəttə, Milli Məclisin deputatı seçiləcəyim təqdirdə qatılacağım beynəlxalq tədbirlərdə bu işi həyata keçirəcəm. Xüsusən də Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə durmadan çatdırılmasına böyük ehtiyac var. Ancaq hesab edirəm ki, bu işə daha fundamental yanaşma mediadan keçir. Mütərəqqi ənənərə malik Azərbaycan mediasının fəaliyyətinin bir qədər də təkmilləşməsi, yeni çalarlar əldə etməsi qanunvericilik təşəbbüslərindən də asılıdır”, - deyən Ə.Amaşov fikrinə aydınlıq gətirib.

[center]Aydın Quliyev: " Əflatun Amaşov Azərbaycan jurnalistlərinin seçimidir."
Qeyd edək ki, deputatlığa namizəd Əflatun Amaşovun seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü oktyabrın 27-də Saatlı rayonunun mərkəzində keçiriləcək.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!