Qəzzada 63 girov qalıb .....                        Gənc şair intihara cəhd etdi: vəziyyəti ağırdır .....                        Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq .....                        Hücum edilən xəbər saytlarının fəaliyyəti yeni həftədən bərpa olunur .....                        "Qarabağ" heç-heçə etdi .....                        Mansur Yavaşdan prezidentliyə namizədliklə bağlı açıqlama .....                        Oğlu tərəfindən baltalanan 84 yaşlı kişi danışdı: "Dedi ki, yaxşı eləmişəm" .....                        Pənah Hüseynin partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA .....                        Qısa fasilədən sonra yenidən qar yağır .....                       
Tarix : 19-10-2015, 17:15
Tibb işçilərinin “1 noyabr seçimi” – Azay Quliyev


8 saylı Binəqədi Birinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Quliyev Azay Əjdər oğlunun Seçki Qərargahından Butov.az-a verilən məlumata görə bu gün 8 namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində dairə ərazisində yaşayan tibb işçiləri ilə görüşüb.

İştirakçıları salamlayan Azay Quliyev səhiyyə işçilərinin cəmiyyətin aparıcı təbəqələrindən biri kimi, seçkilərdə fəal iştirakının deputatlığa namizədlər üçün cəlbedici olduğunu bildirib.

A.Quliyev qeyd edib ki, Azərbaycan dövləti səhiyyə işçilərinin sosial müdafiəsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün kompleks islahatlar həyata keçirir: “Milli Məclis də bu islahatlara qanunvericilik təşəbbüsləri və aktları ilə dəstək verir . Bu baxımdan, sizlərlə də görüşüb fikirlərinizi, təkliflərinizi öyrənməyi zəruri hesab etdik”.

Görüşdə çıxış edən tibb işçiləri dövlətin səhiyyə sahəsində həyata keçirdiyi tədbirləri öz fəaliyyətlərində hiss etdiklərini deyərək, onlara gələcəkdə dövlət qulluqçusu statusunun verilməsi perspektivi və icbari tibbi sığorta haqda deputatlığa namizədə sual ünvanlayıblar.
Tibb işçilərinin “1 noyabr seçimi” – Azay Quliyev

A.Quliyev hər iki məsələyə ətraflı aydınlıq gətirərək qeyd edib ki, gələn ildən tətbiq olunmağa başlanacaq icbari tibbi sığorta sistemi xəstələrlə yanaşı, tibb işçilərinin də maddi rifahına müsbət təsirini göstərəcək.

A.Quliyev eyni zamanda, tibb işçilərinin sosial ipotekadan güzəştli şərtlərlə yararlanmasının tərəfdarı olduğunu deyib: “Bu yöndə təkliflər hazırda layihə mərhələsindədir. Ümid edirəm ki, yeni parlament dövründə tibb işçilərinin sosial rifahına hesablanmış belə bir qərar qəbul ediləcək”.

Tibb işçiləri onları maraqlandıran məsələlərə həssaslıqla yanaşdığı üçün deputatlığa namizədə təşəkkürlərini çatdırıaraq noyabrın 1-də yekdilliklə Azay Quliyevə səs verəcəklərini bildiriblər.
Tibb işçilərinin “1 noyabr seçimi” – Azay Quliyev

Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev 21 oktyabrda saat 18.00-da Binəqədi rayonu, İ.Dadaşov küç. 72/74 saylı binalarında yaşayan seçicilərlə görüşəcək.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!