Prezident İraq Kürdüstanının Baş naziri ilə görüşüb .....                        Paşinyanın 28 il əvvəl etdiyi 20 Yanvar etirafı .....                        Bakıda iki bacı dəm qazından öldü .....                        Sabah Xankəndiyə ilk köç olacaq .....                        Ceyhun Bayramov Hakan Fidanla danışdı .....                        Geomaqnit qasırğası müşahidə olunur .....                        Sabah da qar yağacaq .....                        Prezident Davosda görüş keçirdi .....                        İlham Əliyevə verilən mükafat daha əvvəl kimə təqdim edilib? .....                       
Tarix : 26-10-2015, 11:20
Parlament jurnalistləri Azay Quliyevin seçki qərargahında olublar


Milli Məclisdə akkreditasiya olunmuş bir qrup media təmsilçisi millət vəkili, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçki qərargahında olublar.


Qərargahda iş prosesi ilə tanışlıqdan sonra keçirilən görüşdə Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı 1 noyabr parlament seçkiləri ilə bağlı əksər namizədlərin təbliğat-təşviqat kampaniyasını yaxından izlədiklərini bildirib.
O, qeyd edib ki, Azay Quliyevin 10 illik deputat fəaliyyəti, onun namizəd kimi apardığı kampaniyaya ən gözəl dəstəkdir: “Biz parlament jurnalistləri olaraq hər ilin sonunda müxtəlif nominasiyalar üzrə “İlin deputatı”nı müəyyən edirik. Ötən 10 ildə Azay Quliyev demək olar ki, hər il müxtəlif nominasiyalarda “İlin deputatı” seçilib. Bu il isə dördüncü çağırış Milli Məclisin fəaliyyətinin sona çatması ilə bağlı 50 parlament jurnalisti arasında keçirdiyimiz sorğuda, Azay Quliyev yenə də “Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyası üzrə “Beş ilin deputatı” seçildi. Bu baxımdan, hesab etmək olar ki, Binəqədi seçiciləri səs verərkən, heç də çətin seçim qarşısında qalmayacaqlar”.
Seçki qərargahını ziyarət etdikləri üçün jurnalistlərə təşəkkürünü çatdıran Azay Quliyev, həm deputat, həm də ictimai sektordakı fəaliyyətində hər zaman media təmsilçiləri ilə sıx əlaqədə çalışdığını bildirib. Qeyd edib ki, hazırkı seçki kampaniyasının geniş işıqlandırılmasında da, əksər media qurumları təmənnasız şəkildə öz dəstəklərini göstərir.
Azay Quliyev gündəmdə olan bir sıra məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Sonda jurnalistlər Azay Quliyevlə xatirə şəkili çəkdiriblər və ona seçkidə uğurlar arzulayıblar.
Parlament jurnalistləri Azay Quliyevin seçki qərargahında olublar


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!