Mirzoyanın arvadına vəzifə verildi .....                        Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım .....                        İlon Mask "bombanı partlatdı" .....                        Bakı metrosunda yubanma - Səbəb AÇIQLANDI .....                        "Bəli, mən Ukraynanın yanındayam!" - Tramp .....                        Xankəndidəki paradla bağlı yeni faktlar .....                        Azərbaycan bu Şuraya üzv seçildi .....                        Mnatsakanyana Aprel döyüşlərində hansı tapşırıqlar verilib? .....                        Ağdamda müəllim bıçaqlandı .....                       
Tarix : 21-10-2015, 21:01

8 saylı Binəqədi Birinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Azay Quliyevin seçki qərargahından Butov.az-a verilən məlumata görə, seçki kampaniyası çərçivəsində görüşlərini davam etdirən Azay Quliyevin bugünkü görüş ünvanı 14 il yaşadığı məhəllə olub.
Azay Quliyev: “Bu görüş mənim üçün xüsusi önəm daşıyır”

Keçmiş qonşuları tərəfindən hərarətli alqışlarla qarşılanan Azay Quliyev çıxışında, bu görüşün keçirilməsinin onun üçün xüsusi önəm daşıdığını bildirib: “Mənim gəncliyim bu məhəllədə keçib. İndi, bu görüşdə tanış, doğma simaları görmək mənim üçün çox əlamətdardır”.

Seçki kampaniyası başlamamışdan əvvəl, dairənin yerləşdiyi ərazidə, həmçinin, görüşün keçirildiyi məhəllədə sakinləri narahat edən məsələlərin seçki qərargahı tərəfindən öyrənildiyini nəzərə çatdıran deputatlığa namizəd, bu məsələlərin həlli istiqamətində artıq müəyyən fikirlərin, təkliflərin formalaşdığını deyib.
Azay Quliyev: “Bu görüş mənim üçün xüsusi önəm daşıyır”

Görüşdə çıxış edən sakinlərdən Aydın Qədimli, Rəsul Lətifzadə, Elmira Bayquzina və başqaları Azay Quliyevin deputat və ictimai fəaliyyətini yaxından izlədiklərini qeyd edərək, onun məhz bu dairədən namizədliyini irəli sürməsindən fəxr hiss duyduqlarını bildiriblər.

Seçicilər, səsvermə hüququ olan ailə üzvləri ilə birlikdə 1 noyabrda məntəqələrə gedib hamılıqla Azay Quliyevə səs verəcəklərini bəyan ediblər.
Azay Quliyev: “Bu görüş mənim üçün xüsusi önəm daşıyır”

Səmimi dəstəyə görə seçicilərə təşəkkürünü bildirən Azay Quliyev, deputat seçildikdən sonra onlarla daha sıx təmaslarda olacağını, onları narahat edən məsələlərin həllində yerli və mərkəzi dövlət qurumları ilə birgə çalışacağını söyləyib.
Azay Quliyev: “Bu görüş mənim üçün xüsusi önəm daşıyır”


Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev 22 oktyabrda saat 17.00-da Binəqədi rayonu, Naxçıvani küçəsi 38 ünvanında seçicilərlə görüşəcək.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!