Çətin relyef şəraitində narkotik əməliyyatı - VİDEO
Daşkəsəndə çətin relyef şəraitində narkotik əməliyyatı keçirilib, 10 kiloqramdan çox narkotik dövriyədən çıxarılıb. B barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də satışı ilə məşğul olan əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 41 yaşlı Ruslan Məmmədov saxlanılıb. Onun üzərindən 10 kiloqram 665 qram narkotik vasitə tiryək və tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, R.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!