Xırdalanda qəza - Motosiklet sürücüsü öldü .....                        İsrail ilk dəfə Xəzərdəki İran gəmilərinə hücum edib - TƏSDİQLƏNDİ .....                        ABŞ-nin Azərbaycandakı səfirliyi müvəqqəti bağlanır .....                        Nazirin müavinlərinin sayı artırıldı .....                        Zaur Əliyev vəzifəsini itirdi .....                        Azərbaycanda yeni agentlik yaradıldı .....                        İcbari Tibbi Sığortanın bu səlahiyyətləri TƏBİB-ə verildi .....                        İlham Əliyev MDB ilə bağlı vacib sənədi TƏSDİQLƏDİ .....                        ABŞ İran neftinə sanksiyaları ləğv edə bilər .....                       
Tarix : 4-04-2019, 06:51
DİN-dən narkotik əməliyyatı: 3 nəfər tutuldu

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.
Butov.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Ləki qəsəbə sakini 44 yaşlı Azər Məmmədov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman müxtəlif plastik qablarda xüsusi aqrotexniki qaydada əkib-becərdiyi 24 ədəd narkotik tərkibli çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.
Bundan başqa daxil olmuş məlumat əsasında Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə saxlamaqda şübhəli bilinən rayonun Əlyar kənd sakini 24 yaşlı Sadiq Əhmədzadə saxlanılıb. Şəxsi axtarış keçirilən zaman onun üzərindən 320 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Balakən RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Qullar kənd sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Cəbrayıl Nastakalov saxlanılıb. C. Nastakalovun üzərinə şəxsi axtarış keçirilən zaman 29,16 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hər üç faktla bağlı araşdırma aparılır.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!