Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 25-04-2016, 17:04
Almaniyadan Qarabağ haqda bəyanat


Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyin yenidən artması ilə əlaqədar olaraq Almaniya “Junge Union” (Gənclər Birliyi) təşkilatının sədri Paul Ziemak və təşkilatın Beynəlxalq Komissiyasının sədri Younes Ouaqasse birgə açıqlama veriblər.

Butov.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, birgə açıqlamada deyilir: “Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ regionu uğrunda onilliklərlə davam edən münaqişə son günlər zorakılıq hallarının artması ilə intensivləşmişdir. Biz bir daha münaqişənin sülh yolu ilə həll olunmasına çağırırıq. Cənubi Qafqazda sabitliyin bərqərar olunması Almaniyanın marağındadır.

Münaqişənin aradan qaldırılması üçün danışıqları istiqamətləndirən və Almaniyanın da üzv olduğu ATƏT-in Minsk Qrupu nəhayət yekdil həll yolunu əldə etməlidir ki, bu da beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dörd qətnaməsinə (882, 853, 874, 884) əsasən regiona sülh gətirəcəkdir. Danışıqlar uğurlu olmazsa, Qafqazda yeni müharibə təhlükəsi yaranacaqdır.”

Məlumat üçün bildirək ki, “Junge Union” təşkilatının 2012-ci il oktyabrın 5-7 –də Berlində keçirilən illik konfrasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə xüsusi sənəd qəbul edilmişdi. Sənəddə təşkilat AFR hökumətini Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həll olunması üçün ATƏT, Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı və sərhəd bölgəsində yaşayan əhalinin təhlükəsizliyini təxirə salınmadan təmin etmək üçün öz beynəlxalq səylərini gücləndirməyə çağırırdı”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!