Britaniyadan razı qalmadım - Tramp .....                        Torpaq çərşənbəniz mübarək! .....                        İrandakı müharibə nə vaxt başa çatacaq? .....                        İran Avropa ölkəsini təhdid etdi: cavab verəcəyik! .....                        Bakı metrosunda YENİ QADAĞA .....                        Avropa Birliyi Ermənistana xüsusi qrup göndərir - Rusiyaya qarşı .....                        İranda öldürülən növbəti general .....                        ABŞ səfirliyinə hücum - partlayışlar olub .....                        Müctəba Xamenei sağdır, yoxsa ölüb? - Trampdan müəmmalı açıqlama .....                       
Tarix : 20-05-2016, 09:59
"Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyindən Butov.az-a verilən məlumata görə, NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyası tərəfindən "Bolonya təhsil sistemi və Fəlsəfə Doktoru proqramının tətbiq edilməsi təşəbbüsünə dəstək" istiqamətində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
Mayın 19-da Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyası arasında birgə "Təhlükəsizlik və müdafiənin müasir çağırışları" mövzusunda birbaşa bağlantı ilə beynəlxalq elmi konfrans keçirilib.
Konfransda G.S.Rakovski adına Hərbi Akademiyanın rektoru general-mayor Todor Dotçev, professor-müəllim heyəti, dinləyicilər və qonaqlar, eləcə də Silahlı Qüvvələrimizin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev, professor-müəllim heyəti və adyunktları iştirak ediblər.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi aspektlər və mövcud vəziyyət" mövzusunda məruzə ilə çıxış edən Hərbi Akademiyanın dosenti S.Sadıyev Qarabağın tarixi Azərbaycan torpaqları olması, erməni vandalizmi, bu məsələlərə beynəlxalq hüququn münasibəti, eləcə də 2-5 aprel tarixlərində döyüş əməliyyatlarını zəruri edən amilləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Sonra Metsamor AES ilə bağlı real vəziyyət, onun regional təhlükəsizliyə təhdidi, o cümlədən hərb elminin digər aktual problemlərinə həsr olunmuş elmi məruzələr dinlənilib və diskusiyalar aparılıb.
Onlayn rejimdə keçirilən konfrans yüksək qiymətləndirilib və bundan sonra da birgə tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında beynəlxalq elmi konfrans keçirilib
Silahlı Qüvvələrin Hərbi Akademiyasında beynəlxalq elmi konfrans keçirilib
Silahlı Qüvvələrin Hərbi Akademiyasında beynəlxalq elmi konfrans keçirilib


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!