İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 25-05-2016, 10:58
Səfir: Ermənistanın Azərbaycana hərbi təcavüzü regional təhlükəsizliyə ən böyük təhdiddir


Almaniyanın nüfuzlu Berlin Azad Universitetinin Xəzər bölgəsi araşdırmaları Mərkəzində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə bu Mərkəzin tədqiqatçıları və doktorantlarının səfir Pərviz Şahbazovla görüşü keçirilib.

Butov.az xəbər verir ki, Gün.Az-a səfirlikdən verilən məlumta görə, Berlin Xəzər bölgəsi araşdırmaları Mərkəzinin direktoru, professor Luts Metsin salamlama nitqindən sonra səfir Pərviz Şahbazov “Azərbaycanın enerji strategiyasının regional sabitlik və Avropa İttifaqı ilə tərəfdaşlıqda rolu” başlıqlı təqdimatla məruzə edib.

Səfir əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının ölkəmizdə və regionda sabitliyin, inkişafın, regional əməkdaşlığın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu, Azərbaycanın həyata keçirdiyi beynəlxalq enerji layihələrin iqtisadi və geosiyasi əhəmiyyəti, Azərbaycanın balanslaşdırırlmış xarici siyasəti və ölkəmizin multikulturallıq ənənələrinin onun enerji strategiyasının həyata keçirilməsində oynadığı rol barədə geniş məlumat verib.

P. Şahbazov tədbir iştirakçılarını Azərbaycanın “Cənub Qaz Dəhlizi”nin yaradılmasında göstərdiyi əhəmiyyətli səylər, ölkəmizin təşəbbüsü və aparıcı rolu ilə həyata keçirilən “Şah Dəniz 2”, “Cənubi Qafqaz” boru kəməri, TAP və TANAP kimi irimiqyaslı layihələrinin icrasının cari vəziyyətinə dair məlumatlandırıb.

Ölkə səfiri eyni zamanda regionda inkişaf və əməkdaşlıq, o cümlədən enerji layihələri üçün təhlükə törədən faktorlar barədə məlumat verib. Səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü regional təhlükəsizlik və əməkdaşlıq üçün ən böyük təhdid adlandırıb.

Diplomat Ermənistanın beynəlxalq standartlara uyğun gəlməyən Metsamor AES-in fəaliyyətinin və Ermənistandan reaktiv materialların qaçaqmalçılığı hallarının yaratdığı real təhlükələr barədə məlumat verib.

Təqdimatdan sonra P. Şahbazov tədbir iştirakçıları tərəfindən Azərbaycanın neft və qaz energetikasının gələcək perspektivləri, ölkəmizin öz qonşuları ilə münasibətləri, Xəzər dənizinin statusu və digər mövzularda verilmiş sualları cavablandırıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!