Gəncə sakini Rusiya-Ukrayna müharibəsində itkin düşdü .....                        "Neftçi"dən növbəti qələbə .....                        İtaliyadan Ukraynaya hərbi yardım .....                        İsrail genişmiqyaslı quru əməliyyatına başladı .....                        Nigeriyada bərə qəzası - 37 nəfər öldü .....                        Hindistanda yanğın - 17 ölü .....                        Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı gücləndirməlidir .....                        Prezidentin nəvəsi dünya çempionu oldu .....                        Hikmət Hacıyev: Cənubi Qafqazda de-fakto sülh var .....                       
Tarix : 15-09-2015, 08:46
ABŞ-ın ştat qanunvericilərindən Azərbaycana böyük dəstək


ABŞ-ın 50 ştatının qanunvericilərini özündə birləşdirən Amerika Qanunvericilik Mübadiləsi Şurası (American Legislative Exchange Council – ALEC) tərəfindən Azərbaycanın strateji önəmini və sürətli inkişafını vurğulayan geniş qətnamə qəbul edilib. Qeyd edək ki, 1973-cü ildə yaradılımış ALEC, ABŞ ştat qanunvericilərinin ən böyük təşkilatıdır.

Butov.az Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu əsasən xəbər verib ki, qətnamənin layihəsi ilk dəfə bu ilin iyul ayının 23-də Kaliforniyanın San Dieqo şəhərində keçirilən ALEC-in illik yığıncağında müzakirəyə çıxarılıb. Həmin tədbirə dəvət olunan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ALEC-in beynəlxalq əlaqələr komitəsinin qanunverici üzvləri qarşısında Azərbaycana dair geniş təqdimatla çıxış edib. Təqdimatdan sonra qətnamə layihəsi səsə qoyularaq, yekdilliklə qəbul edilib. Sentyabr ayının 4-də ALEC-in İdarə Heyətinin üzvləri sözügedən qətnaməni təsdiq etdikdən sonra, qətnamə qüvvəyə minib. ALEC təşkilatı qətnaməni bütün üzvlərinə göndərərək, müvafiq ştat qanunvericilik orqanlarında da bu qətnamənin qəbulunu tövsiyyə edib.

Qətnamədə Azərbaycanın coğrafi-siyasi önəmi vurğulanaraq, ABŞ Hökumətinin ölkəmizlə strateji əməkdaşlıq münasibətlərini gücləndirməsinin və dərinləşdirməsinin zəruri olduğu qeyd olunur. Vurğulanır ki, ABŞ Azərbaycan kimi müttəfiqlərini dəstəkləməlidir.

Qətnamənin ən böyük maraq kəsb edən hissəsi isə Azərbaycanın ərazi bütövlüyü ilə bağlıdır. Sənəddə vurğulanır ki, ABŞ və BMT Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini tanıyır və dəstəkləyir.

Həmçinin bildirilir ki, 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi-demokratik respublika təsis edən Azərbaycan, ABŞ da daxil olmaqla bir çox ölkəni qabaqlayaraq tarixə qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən biri kimi düşmüşdür. Yerləşdiyi regionda Azərbaycanın ən böyük iqtisadiyyata malik olduğu qeyd edilərək, ölkəmizin dünyanın ən sürətlə inkişaf edən və müasirləşən ölkələrindən biri və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu bildirilir. Qeyd edilir ki, öz geniş neft-qaz resursları ilə Azərbaycan ABŞ-ın, Avropanın və İsrailin enerji təhlükəsizliyinə töhfələr verir. Habelə, sənəddə 11 sentyabr terror hadisələrundən sonra Azərbaycanın ABŞ-a güclü dəstək verdiyi, beynəlxalq terrorçuluğa qarşı mübarizədə ABŞ ilə yaxından əməkdaşlıq etdiyi bildirilərək, Əfqanıstandakı ABŞ və koalisiya qüvvələrinin təchizatının 40%-nin çatdırılması üçün şərait yaratdığı bildirilir. Həmçinin, sənəddə Azərbaycanın qədim tolerantlıq ənənələri təqdir edilir.


Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!