KTMT-nin baş katibi “qara siyahı”ya salındı .....                        Beydulla Manafov Baş Prokurorluğa çağırıldı .....                        Yunanıstandan Türkiyəyə hörmətsizlik .....                        Kiyevə hərbi yardımı dayandırın! .....                        Paşinyandan keçmiş liderlərə sərt sözlər .....                        Türkiyədə daha bir təyyarə qəzası – pilot həlak oldu .....                        Azərbaycan millisi məğlub oldu .....                        Kipr məsələsi Türkiyənin milli prioritetidir - Ərdoğan .....                        Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı .....                       
Tarix : 31-01-2015, 12:34
Amerika ştatından Azərbaycana dəstək - Ermənilərə zərbə

ABŞ-ın Kolorado Ştat Senatı 2015-ci ilin 29 yanvar tarixində Azərbaycana güclü dəstək ifadə edən bəyanat qəbul edib.
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, Senatın sədri Bill Kadman tərəfindən imzalanmış və Senatın plenar iclasında gündəliyə çıxarılmış bəyanat iclasda iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim olunub.
Təqdimatdan öncə senator Lari Krauder çıxış edərək, hazırkı təlatümlərlə dolu dövrdə ABŞ-ın qlobal problemlərə qarşı təkbaşına mübarizə apara bilmədiyini, buna görə də öz müttəfiqlərini güclü şəkildə dəstəkləməli olduğunu vurğulayıb.
Bu səpkidə senator Krauder Azərbaycana dəstək ifadə edən bəyanatı təqdim edib.
Sənəddə son 20 il ərzində enerji təhlükəsizliyi, beynəlxalq terrorizm, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və insan alverinə, eləcə də kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə sahələrində Azərbaycanın ABŞ ilə sıx əməkdaşlıq etdiyi bildirilir. Qeyd olunur ki, 11 sentyabr terror aktlarından sonra Azərbaycan ABŞ-a öz qeyd-şərtsiz dəstəyini göstərən ilk ölkələrdən biri olub, Əfqanıstandakı koalisiya qoşunları üçün hava məkanını və hava limanlarını açıb və öz əsgərlərini ABŞ hərbçiləri ilə çiyin-çiyinə döyüşmək üçün Əfqanıstana göndərib. Eləcə də bildirilir ki, Kolorado Ştatı ilə Azərbaycan arasında ticarət, mədəniyyət və təhsil mübadiləsi də daxil olmaqla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır.
Qeyd edək ki, Koloradoya səfər müddətində baş konsul Nəsimi Ağayev Kolorado Senatı və Nümayəndələr Palatasının aparıcı üzvləri ilə görüşlər keçirərək, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Görüşlərdə qanunvericilər ABŞ-a daim müxtəlif sahələrdə göstərdiyi köməyə və dəstəyə görə Azərbaycana öz təşəkkürlərini bildiriblər.
Vurğulamaq lazımdır ki, ABŞ-dakı erməni lobbisi Kolorado Ştat Senatı tərəfindən Azərbaycana belə bir müsbət münasibətin və dəstəyin göstərilməsindən dərin narahatlıq keçirərək, bunun qarşısını almaq üçün ölkə səviyyəsində geniş kampaniyaya başlayıb, senatorlara təzyiq edərək, Azərbaycana dair təqdimatın ləğv edilməsi istiqamətində aramsız səylər göstəriblər. Ancaq bütün bunlara baxmayaraq, Senat üzvləri Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdən geri çəkilməyib, ölkəmizə açıq dəstək nümayiş etdirərək, prinsipial mövqe sərgiləyiblər.


Paylaş



Bölmə: Xəbər / Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!