20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
Tarix : 5-04-2015, 20:55
Fransada “Azərbaycan-Cənubi Qafqazın lider dövləti” kitabının təqdimatı

AZƏRTAC-ın xüsusi müxbiri Əsgər Əliyevin verdiyi məlumata görə, Fransada “Azərbaycan-Cənubi Qafqazın lider dövləti” adlı kitabın təqdimat mərasimi keçirilib.
“A2Cmedia” nəşriyyatı tərəfindən çap olunan kitabın tərtibçiləri Paris-1 Panteon Sorbon Universitetinin fəxri sədri, Beynəlxalq Geosiyasət Akademiyasının prezidenti, Parisin V rayonu merinin müavini professor Jak Soppelsa və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı, Paris-1 Panteon Sorbon Universitetinin siyasi elmlər doktoru Turab Qurbanovdur.
Jak Soppelsanın rəhbərliyi ilə nəşr olunan 190 səhifəlik məqalələr toplusundan ibarət kitabın ön sözünün müəllifi Fransanın ölkəmizdəki sabiq səfiri Bernar Dorəndir.
V rayonunun meriyasında keçirilən təqdimat mərasimini açan Jak Soppelsa Cənubi Qafqazın lider dövləti Azərbaycana Fransada böyük marağın olduğu nəzərə alınaraq belə bir kitabın nəşrinə zərurət yarandığını söyləyib. O, qədim və zəngin tarixə malik Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, mühüm geosiyasi məkanda yerləşdiyini diqqətə çatdırıb. J.Soppelsa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycanın bir çox beynəlxlaq təşkilatlara üzv olmasından və iqtisadiyyatının sürətlə inkişaf etməsindən də söhbət açıb.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov demokratik və dünyəvi ölkəmizin qədim sivilizasiyanın beşiyi kimi Şərqlə Qərbin qovuşuğunda yerləşdiyini, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistanla həmsərhəd olduğunu qeyd edib. O, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik quruluşlu dövlət olduğunu, qadınlara seçib-seçilmək hüququnun verildiyini, lakin bu dövlətin cəmi 23 ay yaşadığını diqqətə çatdırıb. Azərbaycanın yalnız 70 ildən sonra öz müstəqilliyini bərpa etdiyini, ilk illərdə iqtisadi və siyasi çətinliklərlə üzləşdiyini bildirib. Səfir 70 illik totalitar rejimdən xilas olan Azərbaycanda ötən əsrin 90-cı illərinin ortalarından sabitliyin bərqərar olunduğunu, ölkənin iqtisadi inkişaf yoluna qədəm qoyduğunu, qısa vaxtda dünyanın aparıcı dövlətləri arasında nüfuzunun artdığını bildirib. Azərbaycanın BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatlara tamhüquqlu üzv olduğu, yeraltı sərvətlərinin dünya bazarına çıxarılması sayəsində iqtisadi imkanlarının artdığı, dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatında xeyli irəliləyişlər əldə edildiyi, bu inkişafın ölkə iqtisadiyyatının modernləşməsinə şərait yaratdığı diqqətə çatdırılıb.
Fransanın regionda Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayan E. Əmirbəyov orbitə çıxarılan Azərbaycan peykinin bu əməkdaşlığın bariz nümunəsi olduğunu qeyd edib.
Səfir Fransa Prezidenti Fransua Ollandın Bakıya, Azərbaycan Prezidenti İlham Əliyevin Parisə səfərlərinin iki ölkə arasında mövcud əlaqələrin inkişafı istiqamətində mühüm addımlar olduğunu söyləyib. O, Fransanın Azərbaycanla ticarət dövriyyəsində mühüm tərəfdaş olduğunu vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat uzun illər davam edən münaqişənin danışıqlar yolu ilə həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın göstərdiyi səyləri yüksək qiymətləndirib.
Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığından bəhs edən Fransanın İqtisadi, Sosial və Ətraf Mühit Şurasının sabiq üzvü, Paris Beynəlxlaq və Siyasi Elmlər İnstitutunun professoru xanım Patrisya Mamet Azərbaycanın Avropa təsisatları ilə əlaqələrindən, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan, Avropa İttifaqı ilə əməkdaşlığından söhbət açıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı, Paris-1 Panteon Sorbon Universitetinin siyasi elmlər doktoru Turab Qurbanov kitabda toplanmış məqalələrdə bəhs edilən məsələlər barədə məlumat verib.
Fransada “Azərbaycan-Cənubi Qafqazın lider dövləti” kitabının təqdimatı
Fransada “Azərbaycan-Cənubi Qafqazın lider dövləti” kitabının təqdimatı
Kitabda J.Soppelsanın “Cənubi Qafqazın geosiyasəti-Azərbaycan güc münasibətlərinin mərkəzində”, “Azərbaycan və “yumşaq güc”: idmandan humanitar Davosa”, T. Qurbanovun “Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspekti tərəflərin nöqteyi-nəzərində”, BMT-nin İnformasiya İdarəsinin sabiq direktoru səfir Hassen Fodhanın “Azərbaycan-BMT münasibətləri: beynəlxalq sülh və əməkdaşlıq naminə əməkdaşlıq”, Beynəlxalq Geosiyasət Akademiyasının üzvü, siyasi elmlər doktoru Karol Blijsverdin “Azərbaycan və enerji çağrışları: neft zənginliklərindən alternativ enerjiyə”, Paris Şərqi Kretey Universitetinin idarəetmə və beynəlxalq mübadilələr fakültəsinin dekanı professor Jan-David Avenelin “Azərbaycanın iqtisadiyyatı: müasir vəziyyət və perspektivlər”, Patrisya Mametin “Azərbaycan və Avropa institutları: gələcək inteqrasiya naminə hüquqi və təşkilatı islahatlar” və Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun “Azərbaycan: İpək yolu üzərində dövlətçilik ənənəsinin zəngin tarixi” məqalələri toplanıb.[center]Fransada “Azərbaycan-Cənubi Qafqazın lider dövləti” kitabının təqdimatı
Fransada “Azərbaycan-Cənubi Qafqazın lider dövləti” kitabının təqdimatı

Qeyd edək ki, qondarma erməni soyqırımının “100 illiyi” ərəfəsində daha çox təxribat törətməklə fəallaşan ermənilər bu tədbirdə də belə əməllərindən çəkinməyiblər. Fransadakı erməni diasporunun təqdimatda iştirak edən nümayəndələrindən biri ölkəmizin tarixinə kölgə salmaq məqsədilə təxribat xarakterli sual verib. Səfir E.Emirbəyov bu suala faktlar əsasında tutarlı cavab verib və erməni tərəfin əsassız iddalarını ifşa edib.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!