İranda azı 5 etirazçı öldürülüb .....                        Qızıl ucuzlaşacaq? .....                        BMT-də islahat aparılmalıdır! - Almaniyadan ÇAĞIRIŞ .....                        Bakıda mənzil yandı - tüstüdən zəhərlənən var .....                        Soydaşlarımız vətəndaşlıqdan məhrum edildi .....                        Səudiyyə Ərəbistanı qonşusunu bombaladı .....                        Minlərlə insan bayram günü niyə qazsız qalıb? .....                        Polşa 300 min nəfəri orduya çağırır .....                        Bu şəhərdə Rusiya qarnizonu mühasirəyə alındı .....                       
Tarix : 11-10-2016, 18:12
Məmmədyarov Qarabağın həll şərtini açıqladı


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentinin sədri Albert Frik ilə görüşüb.

Butov.az xəbər verir ki, XİN-in mətbuat xidmətindən AzVision.az verilən məlumata görə, Albert Frik Bakıya səfərini, eləcə də Birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirakını xatırladaraq Azərbaycanın dinamik inkişafını və əldə etdiyi nailiyyətləri xüsusi vurğulayıb.

O, Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini deyərək, Azərbaycan yığma komandasının Rio Olimpiya Oyunlarında əldə etidiyi yüksək nəticələrin təqdirəlayiq hal olduğunu deyib.

Milli Məclisin sədri Oktay Əsədovla Strasburq şəhərində keçirdiyi görüşünə və apardığı məhsuldar müzakirələrə diqqət yetirən Albert Frik iki ölkə arasında əlaqələrin inkişafında parlament ölçülərinin əhəmiyyətini vurğulayıb.

Elmar Məmmədyarov Albert Frikin ötən il Bakıya səfəri ilə Azərbaycan və Lixtenşteyn arasında siyasi dialoq üçün yeni imkanların yarandığını qeyd edib və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə mövcud potensialdan istifadə edilməsinin vacibliyini deyib.

Nazir ölkədə aparılan köklü iqtisadi islahatlardan, Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrdən söz açıb və iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu söyləyib. O, Lixtenşteyn şirkətlərini Azərbaycanda qeyri-neft sektorunda həyata keçirilən iqtisadi layihələrdə iştirak etməyə işləməyə dəvət edib.

Elmar Məmmədyarov həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə həmsöhbətinə məlumat verib. Nazir Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun regional sülh və təhlükəsizlik üçün əsas təhdid olduğunu qeyd edib. E.Məmmədyarov əlavə edib ki, qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsi və münaqişənin həllində irəliləyişə nail olunması üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və parlamentlərarası əlaqələrinin genişləndirilməsinin yolları ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!