Baş katib Vaşinqton görüşünü yaxından izləyir .....                        İki rayonda təbiətə 18 min ziyan vuruldu .....                        Dənizdə batan şəxsin meyiti tapıldı .....                        Hökumə Əliyevaya görə 1 dəqiqlik sükut - VİDEO .....                        Azərbaycanla Ermənistan sülh razılaşması imzalayacaq - AĞ EV .....                        1151 taksi sürücüsü DİM-in imtahanından keçdi .....                        Xankəndiyə getmək istəyənlər üçün ŞAD XƏBƏR! .....                        TƏBRİK EDİRİK! .....                        Rəsmi Bakıdan Gürcüstana dəstək mesajı .....                       
Tarix : 26-04-2016, 12:02
Nazir: “Hərbi işğal faktına son qoyulmalıdır”


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində İspaniyanın xarici işlər naziri Joze Manuel Qarsiya-Marqallo ilə görüşüb.

Butov.az xəbər verir ki, XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən, xüsusən də siyasi müstəvidə əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində bir sıra sənəd layihələrinin hazır olduğunu və yaxın zamanlarda imzalanacağına ümidvar olduqlarını bildiriblər.

E.Məmmədyarov Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik və Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar, mülki əhalinin ağır silahlardan hədəfə alınması, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri ilə apardığı son telefon danışıqları barədə ispaniyalı həmkarına məlumat verib. Nazir əlavə edib ki, münaqişənin həllinə nail olmaq məqsədilə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.

Joze Manuel Qarsiya-Marqallo ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini diqqətə çatdırıb. İspaniyanın münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyinin təqdir edildiyini deyən E. Məmmədyarov rəsmi Madridin Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına da öz töhfəsini verdiyini söyləyib.

Qonaq BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun təşkilatçılığını və işini yüksək qiymətləndirib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!