TARIXI-MEMARLIQ ABIDƏLƏRI ILƏ ZƏNGIN BUXARA .....                        Sexdə güclü yanğın - Hadisə yerindən görüntülər .....                        Zəlzələ bölgəsi üçün 500 milyon dollar maliyyə cəlb edilib .....                        Bakıdakı uşaq sığınacağında virus yayıldı .....                        Kadırovun oğluna yeni vəzifə verildi .....                        Pakistan prezidentinin səhhəti pisləşdi: Xəstəxanaya yerləşdirilib .....                        Meyitləri çıxaranda yaralandım - Vardanyanın növbəti məhkəməsi .....                        Meyitləri çıxaranda yaralandım - Vardanyanın növbəti məhkəməsi .....                        Nigar Fərhadın verilişi bağlandı .....                       
Tarix : 6-10-2015, 09:43
Azərbaycan və Panama Xarici İşlər nazirlikləri arasında anlaşma memorandumu imzalanıb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin vitse-prezidenti və xarici İşlər Naziri xanım İsabel de Sant Malo de Alvarado ilə görüşüb.

Butov.az APA-ya istinadən xəbər verir ki, Xanım İsabel de Sant Malo de Alvarado iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair imzalanacaq sənədin ikitərəfli siyasi dialoq mexanizminin təsis edilməsinə xidmət edəcəyini nəzərə çatdırıb. Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətində Mərkəzi və Cənubi Amerika dövlətləri ilə əlaqələrin hərtərəfli inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib. O, Azərbaycan və Panama arasında mövcud əməkdaşlığın enerji və sərmayələr də daxil olmaqla, digər sahələrə də sirayət etməsinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sahələrdə əməkdaşlığın hüquqi çərçivəsinin yaradılması üçün müvafiq hökumətlərarası sənədlərin imzalanması və ümumiyyətlə, iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsi zəruridir.

Elm-təhsil, təlim və digər humanitar sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu deyən E. Məmmədyarov ADA Universiteti və Panamanın diplomatik institutu arasında təmasların yaradılmasının səmərəli olacağını qeyd edib.

Bakı-Tbilisi-Qars dəmir yol xətti, yeni tikilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkəmizin nəqliyyat infrastruktur imkanları haqqında məlumat verən E. Məmmədyarov bu layihələr vasitəsilə qədim İpək Yolu boyunca yük daşımalarının və iqtisadi-ticarət əlaqələrinin əsaslı şəkildə artacağını bildirib.
Ölkəsində əlverişli investisiya mühitinin yaradıldığını deyən panamalı nazir Azərbaycanın Panama üçün arzuolunan tərəfdaş olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara toxunan Elmar Məmmədyarov Panamanın bu münaqişə ilə əlaqədar beynəlxalq hüququn prinsipləri əsasında tutduğu ədalətli mövqeyinə və Panama Parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsdiqləyən, eləcə də Xocalı soyqırımını tanıyan qətnamənin qəbuluna görə təşəkkürünü ifadə edib. Münaqişənin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb edildiyini deyən nazir Ermənistanın buna məhəl qoymadığını və münaqişənin həllinə maneələr yaratdığını vurğulayıb.

Elmar Məmmədyarov Ermənistanın işğal və təcavüzə əsaslanan mövcud status-kvonu davam etdirmək siyasəti yürütdüyünü qeyd edərək, etimad quruculuğu tədbirləri məsələsinin Ermənistan tərəfindən siyasi möhtəkirlik obyektinə çevrildiyini söyləyib. O əlavə edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların qurulması kimi praktiki etimad quruculuğu tədbirlərinin nəticələri Ermənistan hakimiyyətinin maraqlarına cavab vermədiyi üçün hər bir vəchlə rəsmi Yerevan buna imkan vermir. Panamalı nazir ölkəsi üçün dövlətlərin ərazi bütövlüyü və suverenliyinin vacib prinsiplər olduğunu diqqətə çatdırıb.

Elmar Məmmədyarov panamalı həmkarını Azərbaycana səfərə dəvət edib

Görüşün sonunda Azərbaycan və Panama Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələr haqqında anlaşma memorandumu imzalanıb.


Butov.az


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!