Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                        Kürdə suyun səviyyəsi yüksəldi .....                        Türkiyədə polis əməliyyatları - 722 nəfər saxlanıldı .....                        İraqın yeni kürd prezidenti - Nizar Amidi .....                       
Tarix : 21-11-2016, 19:32
İsveçrə mediası Bakının Avropaya xeyrindən yazdı

İsveçrənin gündəlik “Neue Zürcher Zeitung” qəzetində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən bəhs edən məqalə dərc olunub.

Butov.az Axar.az-a istinadən xəbər verir ki, Brüsselin noyabr ayının ortalarında Azərbaycanla yeni əməkdaşlıq müqaviləsinə dair danışıqlar apardığına toxunulan məqalədə Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik olduğu vurğulanır. Bildirilir ki, əməkdaşlığın mərkəzi sütununu “Cənub Qaz Dəhlizi” layihəsi təşkil edir.

Oxuculara bu dəhliz vasitəsilə Avropaya nəql ediləcək təbii qazın mənbəyi - “Şahdəniz-2” qaz yatağı barədə məlumat verilir. Qeyd edilir ki, “Cənub Qaz Dəhlizi” Azərbaycanın ən əhəmiyyətli iqtisadi layihəsidir. Bu layihə ölkəni daha güclü edir.

Yazıda Azərbaycan qazını Avropa bazarlarına çıxarmalı olan digər kəmərlər (TANAP, TAP) və onların iqtisadi rentabelliyi konkret faktlarla şərh olunur. Məqalənin yekununda bildirilir ki, iqtisadi rentabelliyi və nəql tutumu kifayət qədər güclü olan bu layihələr yaxın gələcəkdə “geniş dəhliz” ola bilər. Beləliklə, Azərbaycan Avropanın təbii qazla təminatında udanlar sırasında öz yerini alacaq.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!