Vaşinqtonda Azərbaycanın dövlət rəhbərliyinə qarşı təxribatın qarşısı alınıb .....                        Gəncədə 38 yaşlı kişini BIÇAQLADILAR .....                        "Fənərbağça" İngiltərə klubuna uduzub - YENİLƏNİB .....                        UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçildi .....                        Sülh Netanyahunun dəstəyi ilə mümkün olub .....                        Şəkidə dağlıq ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB .....                        Bu şəxslərin hərbi xidmət QAYDASI DƏYİŞƏCƏK .....                        Tokayev Tramp adına sülh mükafatı təklif edib .....                        Vaşinqtonda Sülh Şurasının ilk iclası başa çatıb - YENİLƏNİB .....                       
Tarix : 16-06-2016, 15:37
Natiq Əliyev: "Avropa ən etibarlı bazardır"


"Şahdəniz" yatağı daxili bazar və qonşu ölkələrin tələbatını ödəməkdən də artıq qaz ehtiyatlarına malikdir".

Bunu energetika naziri Natiq Əliyevin İtaliyanın AGI informasiya agentliyinə müsahibəsində deyib.

"Bu səbəbdən qazı Avropaya çatdırmaq qərarına gəldik. Azərbaycan üçün qazı satmaq çox vacibdir. Ən etibarlı bazar isə Avropa bazarıdır. Avropa Komissiyası da öz tərəfindən mənbələri və təchizat marşrutlarını şaxələndirmək istəyir ki, bu məqsəd Azərbaycanın qaz satışı ilə bağlı planları ilə üst-üstə düşür. Beləliklə, TAP sadəcə Azərbaycanın deyil, həm də Avropanın prioritetidir. Bu səbəbdən, qaz yatağının ikinci fazasını inkişaf etdirmək istəyirik. Layihəyə yatırılacaq sərmayə də olduqca nəhəngdir - 45 milyard dollar. Bu, sadəcə iqtisadi deyil, həm də texnoloji və sosial layihədir, çünki on minlərlə yeni iş yerinin açılmasına səbəb olacaqdır. "Şahdəniz" yatağının işlədilməsinin ikinci mərhələsində "Cənub Qaz Dəhlizi" ilə 16 milyard kub metr qaz ixrac olunacaqdır ki, bunun 6 milyard kub metri Türkiyə bazarında realizə olunacaqdır. Lakin Azərbaycanda "Abşeron" qaz yatağı kimi "Şahdəniz"dən başqa böyük imkanları olan digər qaz yataqları da vardır. Abşeron yatağının ehtiyatı 400 milyard kub metr qiymətləndirilir. Avropaya qaz nəqlinin birinci mərhələsinin müvəffəqiyyətlə başa çatması Azərbaycanın digər qaz yataqlarının da layihəyə cəlb olunaraq, qaz həcminin artırılmasına şərait yaradacaqdır", - deyə nazir qeyd edib.

İşlərin görülməsi qrafikinə riayət edildiyini vurğulayan N. Əliyev qeyd edib ki, inşaat işləri bu il başlayaraq 2019-cu ildə bitəcək: "İlk qaz İtaliyaya 2020-ci ildə çatacaqdır. Şah Dəniz yatağının istismarının II mərhələsinin icrası nəzərdə tutulmuş cədvəldən daha tez icra olunur. Dəniz dibindəki quyular artıq hazırdır, platforma və boru kəmərləri tikilməkdədir. Nəzərdə tutulmuş cədvəldə dəyişiklik və gecikmələrin olması üçün səbəb yoxdur. 2019-cu ildə qazı Türkiyəyə, növbəti ildə Avropa və İtaliyaya nəql edəcəyik. Layihənin vaxtında icrası digər aidiyyəti ölkələrdə - Yunanıstan, Albaniya və İtaliyada işlərin icrasının sürətindən də asılıdır. İnşaat işləri üçün çoxsaylı icazə və lisenziyaların əldə edilməsinə ehtiyac vardır. Həmin icazələrin alınması da işin surətinə təsir edəcəkdir".

APA


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!