Bulvarda dənizdən meyit tapıldı .....                        Londonda iğtişaşlar - Saxlanılanlar var .....                        Ukraynada NATO-nun Ordu Qərargahı yaradılır .....                        Ötən gün azadlığa çıxmışdı, yenidən həbs edildi .....                        Putinin ölümsüzlüyü mümkündürmü? .....                        Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                        ABŞ-də Müdafiə Nazirliyi yaradıldı .....                        Boksçularımız beynəlxalq turnirdə 2 medal qazandılar .....                        Bakıda evlərə girməyə çalışan qadın tutuldu - VİDEO .....                       
Tarix : 19-01-2017, 19:48
Azərbaycan vətəndaş cəmiyyəti institutları AŞPA prezidentinə müraciət ünvanlayıb

Azərbaycan vətəndaş cəmiyyəti institutları Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunta müraciət ünvanlayıb.
Butov.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından "Report"a verilən məlumata görə, ölkədə fəaliyyət göstərən 96 qeyri-hökumət təşkilatının (QHT) rəhbərinin imzaladığı sənəddə bildirilir:
"Biz vətəndaş cəmiyyəti təmsilçiləri olaraq Azərbaycanın Avropa Şurasının üzvü olmasını olduqca yüksək naliyyət hesab edirik. Bu təşkilatda üzvlük ölkənin qanunvericilik sisteminin Ümumavropa dəyərlərinə uyğunlaşmasının, məhkəmə-hüququ sisteminin Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların təsiri altnda müsbət istiqamətdə dəyişməsinin şahidiyik. Ümid edirik ki, Avropa Şurası təsisatları ilə, o cümlədən AŞPA ilə əməkdaşlıq ölkəmizdə insan hüquq və azadlıqları ilə bağlı mövcud olan problemlərin həllində bundan sonra da müsbət nəticələr verəcəkdir.
Bununla belə xüsusi narahatlıq hissi ilə bildiririk ki, ölkənin Avropa İttifaqı ilə başlanmış yeni əməkdaşlığı, eləcədə digər Ümumavropa təşkilatları ilə səmərəli əməkdaşıq bəzi qüvvələri qıcıqlandırır və onları Azərbaycanla Avropa təsisatları arasında münasibətlərin yaxşılaşması təmin etmir.
Biz Avropada, xüsusən Şərqi Avropada fəaliyyət göstərən bəzi Qeyri-hökumət təşkilatlarının yerli təşkilatlarla birləşərək Azərbaycanın Avropa təsistaları ilə əlaqələrinin pisləşməsinə yönələn təşəbbüslərini və konkret fəaliyyətlərini narahatlıqla izləyirik.AŞPA Yanvar sesssiyası ərəfəsində bir qrup vətəndaş cəmiyyəti təmsilçisi adından AŞPA üzvlərinə göndərilən, heç bir fakta söykənməyən şantaj və böhtan xarakterli müraciət də əslində təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Həmin müraciətdə adları keçən bir çox kolleqalarımızın ümumiyyətlə mətn barədə məlumatı olmamışdır.
Ümid etmək istəyirik ki, Avropa Şurası bütövlükdə, o cümlədən əsas qurumlarından olan AŞPA belə qəraəzli münasibtlərə adekvat reaksiya verəcək, Azərbaycanla insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində birgə səylərini davam etdirəcəkdir.
Biz Azərbaycanın Avropa təsistları ilə, xüsusən Avropa Şurası ilə sıx əməkdaşlığının tərəfdarıyıq. Azərbaycan bu əhəmiyyətli beynəlxlaq qurumun tam hüquqlu üzvü olaraq qalmalıdır. Bu əlaqələrin qırılmasında maraqlı olan qüvvələr hər birimizə məlumdur və biz belə qüvvələrə qarşı birləşməliyik.
Azərbaycan Respublikasının ərazilərinin 20 %-i işğal altındadır. İşğalçı tərəf və onu dəstəkləyən qüvvəllər ölkənin beynəlxlaq təsistalarda mövqeyini zəiflətmək xətti götürmüşdür.Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə qarşı başlanmış çirki kampaniyanı qətiyyətlə pisləyirik və bunu Azərbaycan və Avropa münasibətlərinə zərbə vurmağa çalışan qüvvələrin məkirli fəaliyyəti hesab edirik.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!