Britaniyadan razı qalmadım - Tramp .....                        Torpaq çərşənbəniz mübarək! .....                        İrandakı müharibə nə vaxt başa çatacaq? .....                        İran Avropa ölkəsini təhdid etdi: cavab verəcəyik! .....                        Bakı metrosunda YENİ QADAĞA .....                        Avropa Birliyi Ermənistana xüsusi qrup göndərir - Rusiyaya qarşı .....                        İranda öldürülən növbəti general .....                        ABŞ səfirliyinə hücum - partlayışlar olub .....                        Müctəba Xamenei sağdır, yoxsa ölüb? - Trampdan müəmmalı açıqlama .....                       
Tarix : 15-02-2017, 18:29
İtaliya portalları Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın faciənin dəhşətləri barədə məqaləsini yayıb

Butov.az Azərtac-a istinadən xəbər verir ki, İtaliyanın “Daily Cases” və “Caratteri Liberi” informasiya portallarında Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın “Xocalı qətliamı: bir qadının sağ qalması və yenidən doğulması hekayəsi” sərlövhəli məqaləsi yayılıb.

Müəllif Holokost, habelə Bosniyada, Kambocada, Ruandada törədilmiş soyqırımlarından tez-tez bəhs olunmasına baxmayaraq, müasir dövrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən olan Xocalı soyqırımının lazımi səviyyədə tanınmadığını vurğulayır. O, özünün Xocalı soyqırımı zamanı yaşadığı ağır hadisələrdən və bu hadisələrin onda buraxdığı psixoloji zərbələrdən söhbət açır.

Məqalədə qeyd olunur ki, Ermənistan qoşunları Xocalıda bəşəriyyətin son dövrlər ən dəhşətli kütləvi qırğınlarından birini törədərkən onun cəmi 20 yaşı var idi. O yazır ki, gözləri önündə iki yaşlı azərbaycanlı uşağın öz valideynləri ilə birlikdə necə güllələndiyinin, hamilə qadınların və qocaların avtomat süngüsü ilə necə öldürüldüyünün şahidi olub. D.Ağayeva məqaləsində Xocalıda erməni hərbçiləri tərəfindən əsir götürüldüyünü və əsirlikdə çox təhqiramiz işgəncələrə məruz qaldığını, hətta əsirlikdən qurtulduqdan sonra da uzun müddət psixoloji sarsıntı keçirdiyini vurğulayır.

D.Ağayeva daha sonra yazır ki, müsəlman qadını kimi onun erməni əsirliyində olarkən məruz qaldığı işgəncə və alçalma halları barədə ictimaiyyətə bir söz deyə bilmədiyinə görə çəkdiyi ürək ağrısını ifadə etmək onun üçün çətindir. Lakin o, başına gələn əhvalatları yalnız bölüşməklə rahatlıq və şəfa tapa biləcəyini sonradan anladığını qeyd edir və beynəlxalq səviyyədə bu faciə barədə məlumatlandırmanın təmin edilməsi üçün apardığı fəaliyyətdən söz açır.
İtaliya portalları Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın faciənin dəhşətləri barədə məqaləsini yayıb


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!