Ermənistan və Azərbaycan tarixlərində yeni bir fəsil açır .....                        Zəngəzur dəhlizindən son GÖRÜNTÜLƏR .....                        Baş katib Vaşinqton görüşünü yaxından izləyir .....                        İki rayonda təbiətə 18 min ziyan vuruldu .....                        Dənizdə batan şəxsin meyiti tapıldı .....                        Hökumə Əliyevaya görə 1 dəqiqlik sükut - VİDEO .....                        Azərbaycanla Ermənistan sülh razılaşması imzalayacaq - AĞ EV .....                        1151 taksi sürücüsü DİM-in imtahanından keçdi .....                        Xankəndiyə getmək istəyənlər üçün ŞAD XƏBƏR! .....                       
Tarix : 14-02-2017, 19:35
Xocalı soyqırımının dünya səviyyəsində tanınması istiqamətində məqsədyönlü işlər görülür

Fevralın 14-də Azərbaycan Dillər Universitetində (ADU) “Xocalı hadisəsi erməni vandalizminin nəticəsidir” mövzusunda “dəyirmi masa” keçirilib.

Butov.az xəbər verir ki, ADU-dan AZƏRTAC-a bildiriblər ki, sosial elmlər kafedrasının müdiri, dosent Ədalət Abdiyeva tədbirin Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan silsilə tədbirlər planı əsasında keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, bu dəhşətli hadisə millətimiz üçün həm böyük insan tələfatı, həm də çoxlu sayda tarixi mədəniyyət abidələrinin məhv edilməsi ilə nəticələnib. Dövlətimiz tərəfindən Xocalı soyqırımının dünya səviyyəsində tanınması və təbliği, düzgün qiymətləndirilməsi istiqamətində kifayət qədər işlər görülür. Ancaq ikili standartlar ucbatından haqq səsimizi bəyan etməkdə bəzi çətinliklərlə üzləşirik.

Tədbirdə digər çıxış edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən olan Xocalı qətliamının faktlara əsaslanan gerçəkliyi barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, tarix boyu ermənilər xalqımıza qarşı düşmənçilik mövqeyi tutub, ayrı-ayrı dövrlərdə Azərbaycanın inamlı addımlarla irəliləməsindən narahat olaraq beynəlxalq hüquq normalarına zidd müxtəlif təxribat və qırğınlar törədiblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının uğurla həyata keçirilməsi nəticəsində artıq bir sıra dövlətlər Xocalıda törədilən qırğını soyqırımı kimi qəbul edib.

ADU-nun prorektoru, professor Ələddin Əliyev mövzu ilə bağlı fikirlərini bölüşüb. Bildirilib ki, tələbələrin milli ruhda tərbiyə olunmaları baxımından, bu cür tədbirlərin təşkili vacibdir.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!