“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 17-03-2017, 11:16
Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə edilib

V Qlobal Bakı Forumu çərçivəsində "Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi" mövzusunda panel keçirilib.

Butov.az-ın APA-ya istinadən xəbərinə görə, Harvard Biznes Məktəbinin dosenti Qautam Mukundanın moderatorluğu ilə keçirilən paneldə Serbiyanın sabiq prezidenti Boris Tadiç, Pakistanın sabiq baş naziri Şövkət Əziz, İtaliya prezidentinin keçmiş diplomatik müşaviri Antonio Zanardi Landi, Qırğızıstanın keçmiş baş naziri Apas Jumaqulov, Macarıstanın sabiq baş naziri Peter Medqiessi və Tsinqua Universitetinin Schvarzman Kollecinin dekanı David Qinqzonq Pan iştirak ediblər.

B. Tadiç bildirib ki, Çin əsasən iqtisadiyyatın qloballaşdırılmasına diqqət yetirir: “Çin təbii ki, böyük bir gücdür. Keçmişdə Çin kifayət qədər kənara çəkilmişdisə, hazırda beynəlxalq arenaya fərqli şəkildə qayıdır. Çin artıq passiv oyunçu olmayacaq. Çin qlobal quruluşu dəyişməyə cəhd edəcəkmi?! Mən düşünmürəm ki, Çin buna gedəcək. Çünki Çin konservativ ölkədir”.

Ş. Əziz deyib ki, münaqişələrin artdığı dövrdə Çin sülh şəraitində yüksəlməyə çalışır: “Bütün dünya, bütün millətlər üçün çoxqütblü dünya əlverişlidir. Çinin iqtisadi gücü artdıqca, onun müdafiə qüdrəti də artacaq. Əslində bu, narahatlıq doğurmamalıdır. Son hərbi parad onu deməyə əsas verir ki, Çin çox güman qlobal bir tərəfdaş kimi meydana çıxır”.

A. Z. Landi isə qeyd edib ki, Çin Avropa üçün bir sıra problem və çətinliklər yaradır: "Onlar planlı şəkildə öz sənayelərini inkişaf etdirirlər, amma ortada yeni bir şey yoxdur. Çin hökuməti mövcud, effektiv olmayan təsisatların effektivliyini mümkün qədər artırmağa çalışır. Növbəti mərhələdə nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil".

Qırğızıstanın Çinlə 1100 km məsafədə sərhədə malik olduğunu diqqətə çatdıran A. Jumaqulov deyib ki, Çin Qırğızıstanın düşdüyü çətin vəziyyətlərdən heç vaxt öz maraqları üçün yararlanmağa çalışmayıb: “Çinin çox böyük imkanları var. Onlar irəliyə gedə biliblər. Çin Xalq Respublikasının Mərkəzi Asiya ölkələrinə, eləcə də bizə münasibəti mehribandır. Biz buna 25 illik müstəqillik dövründə şahid olmuşuq”.

P. Medqiessi bildirib ki, Çində bank sektoru ciddi çətinliklə üzləşərsə, bu, dünyada fəlakətə gətirib çıxara bilər: “Çin bu sahədə də məsuliyyəti öz üzərinə götürməli, bankları pis aktivlərdən təmizləməlidir. Dünya Çinin güclənməsində maraqlıdır. Çin dünya iqtisadiyyatında və maliyyəsində aktiv oyunçulardan biri olmalıdır”.

Çində 80 milyon insanın illik gəlirinin 800 ABŞ dolları təşkil etdiyini vurğulayan D. Q. Pan qeyd edib ki, ölkəsində yoxsulluğa qarşı mübarizə güclü getməlidir: “Hər gün Çinin dəyişdiyinin şahidi oluruq. Biz açıq qapı siyasəti yürüdürük. Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, əməkdaşlığımızın praktiki olmasını istəyirik. Biz gömrük və ticarət baryerlərini də aradan qaldırmağa çalışırıq. Ümidvaram ki, Donald Tramp bununla razılaşacaq”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!