Magistralda avtoxuliqanlıq edən sürücü tutuldu .....                        Oğlunu əsgərliyə yola salan ana qəfil öldü .....                        Yenidən AŞPA-nın prezidenti seçildi .....                        Körpə doğuş vaxtı öldü .....                        Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər .....                        Sosial şəbəkələrdə əcnəbinin 17 min manatını ələ keçirdi .....                        Prezident hərbidə çalışan mülki işçilərin də maaşını artırdı .....                        Səfərbərlik hərbçilərinin maaşları da artacaq - 10 FAİZ .....                        FHN əməkdaşlarının maaşı qaldırılır .....                       
Tarix : 25-04-2016, 14:11
`2015-ci ildə 45 min insan İŞİD-ə qoşulub` - Bakıda müzakirə


Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində “Gənclər və sosial İnkluzivlik üzrə qlobal gündəlik: Məşğuliyyət üçün ümumi baxış və imkanlar” mövzusunda müzakirələr aparılıb.

Butov.az-ın AzVision.az-a istinadən xəbərinə görə, sessiyada BMT Baş katibinin gənclər üzrə nümayəndəsi Əhməd Əlhəndavi Azərbaycanın dövlət nümayəndələrinin qurumun əsas meyarlarını paylaşdığını xüsusi vurğulayb. Gənclərin çox zaman problemin bir hissəsi kimi qarşılandığını qeyd edən Ə.Əlhəndavi gənclərin xaricdən gələn döyüşçü kimi təqdim edilməsinin düzgün olmadığını bildirib:

“İnsan haqları, inkişaf, sülh və əmin amanlıq BMT-nin vacib sütunlarıdır. Biz hər zaman hər bir ölkənin gündəminə bu məsələlərin düşməsinə çalışmalıyıq. Tarixən gənclər təhsillə əlaqəli olan şəxslər kimi qəbul edilir. İnsanlar sülh və əmin-amanlığa töhfə verir. BMT Təhlükəsizlik Şurası ötən il münaqiçə zonasında yaşayan 600 milyondan çox gənclərlə bağlı mühüm qətnamə qəbul etdi. Biz gənclər üçün yeni forumların, müzakirə üçün məkanların təşkilinə çalışırıq. 2015-ci ildə 45 min insan İŞİD-ə qoşulub. Bu, bizi narahat edir. Bu forumda formalaşdıracağımız əsas meyarlar mentalitetin dəyişməsinin təzahürü olacaq. Gələcəyə böyük töhfələr verəcək”.

BMT Dünya Assosiasiyaları Federasiyasının dayanıqlı inkişaf üzrə rəsmisi Mari Ulman qurumun çərçivəsində aktiv şəkildə qlobal əməkdaşlığın yaradılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə daha perspektivli uğurlara imza ata bilməyin mümkünlüyünə toxunub. Gəncləri ruhlandırmağın əhəmiyyətini qeyd edən Mari Ulman təhsilin adətən əsas hədəfə çatmaq üçün vasitə olduğunu bildirib:

“Potensial quruculuq, gənclərin ölkələrinə qayıdarkən öyrəndiklərini tətbiq etməsinə kömək edə bilər. Biz gəncləri həvəsləndirməliyik. Bu, qlobal məsələlərin öyrlənilməsi üçün gözəl fürsətdir. Biz gəncləri bizimlə birgə işləməyə çağırırıq”.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan hökumətinin gənclərin formalaşmasına, sülhməramlı iştirakıların peyda olmasına hər zaman böyük önəm verdiyini xüsusi vurğulayıb. Azərbaycanın nüfuzlu beynəlxalq, tədbirlərə ev sahibliyi etdiyini, Bakının artıq qlobal məsələlərin müzakirəsi üçün önəmli platforma olduğunu qeyd edən F.Hacıyev ölkəmizdə bir çox dinlərin nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşamasını mədəniyyətlərarası multikultural dəyərlərə necə böyük dəyər verilməsinin təzahürü kimi dəyərləndirib:

“Biz gənclərimiz ölkəmizi regionu daha da çiçəkləndirməyə çalışır. Biz gənclərin ideyalarının reallaşdırılması üçün alətik. Fondumuz gənclərin fərdi layihələrinin reallaşdırılması üçün çalışır. Azərbaycanın gəncləri kifayət qədər güclüdür. Biz sülhün, tolerantlığın, dini dözümlülüyün bərqərar olunmasına çalışırıq. Layihələrimizdə dayanıqlı inkişaf məqsədlərinin prioritet kimi əks olunmasına çalışırıq”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!