Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
Tarix : 28-04-2017, 19:54
Azərbaycan Avropa İttifaqı ilə danışıqları sürətləndirir

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların əsas hissəsi və ya hamısı noyabrda Şərq Tərəfdaşlığı konfransına qədər yekunlaşa bilər.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin Bakı ofisindən bildirilib.

"Hər iki tərəf bu danışıqların ilin sonuna qədər bitməsini istəyir. Düşünürəm ki, çox ambisiyalı istəkdir, amma indiki siyasi iradə və danışıqların düzgün tempi qorunarsa bu mümkündür", Aİ Azərbaycan nümayəndəliyinin Birinci Müşaviri Denis Daniilidis müsahibəsində deyib.

Aprelin 25-də Aİ və Azərbaycan yeni siyasi dialoq və qarşılıqlı faydalı əməkdaşlıq təklif edən bu sazişi müzakirə etməyə başlayıb.

Daniilidis əlavə edib ki, "konstruktiv atmosferdə" keçən görüşdə danışıqların ilk mərhələsi olub və tərəflər giriş və əməkdaşlığın əsas prinsipləri barədə razılığa gəliblər.

"Görüş bir gün olmalı idi, amma ikinci günə də uzadıldı. Hər iki tərəf istəyirdi ki, mövzuların böyük hissəsini müzakirə etsinlər. Lakin bəzi hissələr qalıb, onları may ayının sonunda video konfransda müzakirə edəcəklər", deyən müşavir qalan məsələlər barədə detallı açıqlama verməyib və o hissələri "daha əhəmiyyətsiz" adlandırıb.

"Əsas odur ki, tərəflər çox ambisiyalıdır və mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişindən də o tərəfə keçmək istəyir".

Yeni saziş Azərbaycanla Aİ arasında münasibətlərin hüquqi əsası olan 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini (TƏS) (Sənəd 1999-cu ildə qüvvəyə minib) əvəzləmək niyyəti güdür.

Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutaraq, Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılmasını hədəfləyib.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!