Mirzoyanın arvadına vəzifə verildi .....                        Prezidentdən Qurban bayramı ilə bağlı paylaşım .....                        İlon Mask "bombanı partlatdı" .....                        Bakı metrosunda yubanma - Səbəb AÇIQLANDI .....                        "Bəli, mən Ukraynanın yanındayam!" - Tramp .....                        Xankəndidəki paradla bağlı yeni faktlar .....                        Azərbaycan bu Şuraya üzv seçildi .....                        Mnatsakanyana Aprel döyüşlərində hansı tapşırıqlar verilib? .....                        Ağdamda müəllim bıçaqlandı .....                       
Tarix : 10-02-2017, 12:01
Azərbaycan və Aİ arasında yeni saziş üzrə ilkin müzakirələrin detalları açıqlandı

Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üzrə aparılan ilkin danışıqlarda sırf texniki məsələlər müzakirə olunub.
Butov.az xəbər veir rki, bu barədə APA-ya Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib. O bildirib ki, görüşdə substantiv heç nə danışılmayıb: “Hələ ki bizim layihə üzrə onların mövqeyini gözləyirik. Onlar indiyə qədər bizə məlumat verməyiblər. Mən orada olanda da dedim ki, bu məlumat bizə verilməlidir ki, biz baxaq və ondan sonra substantiv danışıqlar aparaq. Mən ayrıca olaraq onların danışıqlar üzrə rəhbəri ilə də görüşdüm. İki saata yaxın görüş keçirdik. Kiçik texniki məsələləri, görüşlərin necə olması, hansı formada keçirilməsi, videokonfransların təşkili barədə müzakirələr apardıq. Lakin əsas məsələ bizim təqdim etdiyimiz layihəyə onların münasibətini öyrənməkdir. Nə qədər tez öz təkliflərini, düzəlişlərini versələr, o qədər yaxşı olar. Çünki bizə vaxt lazımdır. Azərbaycanda bütün qurumlar bu məsələdə iştirak edirlər. Biz ciddi müzakirə aparmalı və mövqelərimizi müəyyənləşdirməliyik”.
Nazir müavini qeyd edib ki, Azərbaycan üçün ən həssas mövzular təhlükəsizlik, siyasi məsələlər və münaqişədir: “Qarşı tərəf də əsasən siyasi və təhlükəsizlik məsələsinə həssas yanaşır. Çünki bu məsələ həllini tapmasa, digər məsələlər çətin olacaq. Sülh, sabitlik olmasa, nədən danışa bilərik? Onlar ticarət, investisiya, sərmayə məsələlərinə də ciddi diqqət ayırırlar. Amma yenə deyirəm ki, ilk növbədə onların bizim layihə üzrə konkret təklif və düzəlişlərini görüb, ona uyğun hazırlaşmalıyıq. Bütün danışıqlar 3 blok üzrə aparılır. Birincisi siyasi və təhlükəsizlik məsələləri, ikincisi ticarət və sərmayələr, üçüncüsü yerdə qalan digər iqtisadi, sosial, humanitar və sair məsələlər. Onlar təklif edir ki, müzakirələr bu 3 blokda paralel getsin. Təbii ki, biz bu təklifə baxacağıq. Lakin vurğulamışıq ki, birinci blok bizim üçün çox əhəmiyyətlidir. Təklif etmişik ki, biz bu blokdan başlayaq. Sonra ola bilsin, paralel o biri bloklara baxarıq”.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!