Fidan Zəngəzur dəhlizindən danışdı: Azərbaycana güvənirik! .....                        Qarşılaşacağımız komandaların hamısı... - Qurban Qurbanov .....                        41 yaşlı kişini "tok" vurub öldürdü .....                        F-16 qırıcısı qəzaya uğradı: pilot öldü .....                        Putinlə görüş olmayacaq .....                        Hakan Fidan amerikalı həmkarı ilə Ukraynanı müzakirə etdi .....                        Zorakılıq edilən azyaşlılar körpələr evinə yerləşdiriləcək .....                        Azərbaycanda xüsusi təhsil ləğv edilir? - RƏSMİ .....                        Rusiya Azərbaycandan sonra Türkiyənin şirkətini də hədəfə aldı .....                       
Tarix : 11-05-2017, 18:25
İordaniya Nümayəndələr Palatasının sədri: "Azərbaycan beynəlxalq terrorçuluqla mübarizədə qətiyyətli mövqe tutur"

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İordaniya Haşimilər Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif əl-Taravnehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Butov.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.
E.Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin inkişafında müstəsna rolu barəsində danışaraq, Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyaya, İordaniya kralı II Abdullahın Bakıya səfərlərinin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi və genişlənməsi üçün yeni imkanlar üzə çıxardığını bildirib.
Siyasi əlaqələrin mövcud inkişafının ikitərəfli iqtisadi münasibətlərin daha da irəlilədilməsinə təkan verəcəyini bildirən E.Məmmədyarov bu xüsusda, ticarət, iqtisadiyyat və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini xüsusi dəyərləndirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi barədə qonaqları məlumatlandıran nazir münaqişənin həlli üçün, BMT Təhlüksizlik Şurasının müvafiq qətnamələrində də tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həll edilməli olduğunu diqqətə çatdırıb. E.Məmmədyarov həmçinin münaqişə ilə bağlı İordaniyanın tutduğu ədalətli mövqenin yüksək qiymətləndirildiyini qeyd edib.
XİN başçısı dövlətlərarası, eləcə də xalqlararası təmasların gücləndirilməsində parlament diplomatiyasının rolunun gündən-günə artdığını bildirib. O, 2013-cü ildə İordaniya Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanatın qəbulunun mühüm əhəmiyyətə malik olduğunu deyib.
Atef Yusif Saleh əl-Taravneh İordaniya və Azərbaycan arasında münasibətlərin dostluq və qardaşlıq üzərində qurulduğunu və əlaqələrin irəlilədilməsi baxımından qarşılıqlı səfərlərin rolunu qeyd edib və turizm, sərmayələrin qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişafı üçün perspektivlər olduğunu əlavə edib.
O, Azərbaycanın beynəlxalq terrorçuluqla mübarizədə qətiyyətli mövqeyi ilə seçildiyini deyərək, Azərbaycan hökumətinin İslamın əsl dəyərlərinin dünyada təbliği və təşviqi istiqamətində gördüyü işlərin təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb.
Görüşdə həmçinin beynəlxalq və regional əhəmiyyətli məsələlər barəsində fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!