Təbrik edirik .....                        Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır .....                        Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək" .....                        İzmirdə FETÖ-ya qarşı əməliyyat: 12 nəfər saxlanılıb .....                        Paşinyan alternativ marşurutların olmasından narahatdır .....                        Salyanda "üstü bəzək, altı təzək" olan körpü .....                        Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları müəyyənləşib .....                        Ərinin qətlini sifariş edən qadın apellyasiya şikayəti verdi .....                        Vensin ailəvi Bakı səfəri sosial şəbəkələrdə gündəm oldu .....                       
Tarix : 13-04-2017, 10:43
Elmar Məmmədyarov Macarıstana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrin xarici işlər nazirlərinin Varşava toplantısı çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Butov.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri və mümkün əməkdaşlıq sahələri barəsində fikir mübadiləsi aparılıb.

Həmçinin çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi qeyd edilib. Tərəflər ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

E.Məmmədyarov həmkarının Macarıstana səfər dəvətini məmnuniyyətlə qəbul etdiyini vurğulayıb.

O, tərəf müqabilinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son durumu barəsində məlumat verib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizamlanmalı olduğunu diqqətə çatdırıb.

P.Siyarto Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi üzrə danışıqlıqların başlanması prosesinə Macarıstanın tam dəstək verdiyini bildirib. Görüşdə nazirlər həmçinin gündəlikdə olan layihələr, xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizi barəsində geniş fikir mübadiləsi aparıblar.

Sonda E.Məmmədyarov Şərq Tərəfdaşlığına Macarıstanın prezidentliyinin başlandığını bildirərək, Macarıstanın prezidentliyinin uğurlu keçəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!