Çayda boğulan yeniyetmənin meyiti tapıldı .....                        Daha bir direktorun səsyazısı yayıldı - Araşdırma BAŞLADI - FOTO .....                        Ağır qəzada 4 nəfər yaralandı .....                        Paşinyana qarşı impiçment başladıldı .....                        Laçın aeroportu nə vaxt açılacaq? - Ərdoğanın səfəri gözlənilir .....                        15 yaşlı yeniyetmə Tərtər çayında boğuldu .....                        Bakıda məşhur restoran sökülür .....                        Azərbaycanda distant təhsil tanınacaq .....                        Lerikdə 62 yaşlı turist dərəyə yıxıldı - FHN əməkdaşları köməyə gəldi .....                       
Tarix : 19-04-2017, 18:59
Məmmədyarov Malta prezidenti ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Malta Prezidenti Mari-Luiz Koleyro Preka ilə görüşüb.

Butov.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə Prezident Mari-Luiz Koleyro Preka 2016-cı ilin may ayında Bakıda keçirilmiş BMT-nin Sivilzasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Azərbaycana etdiyi səfərini xatırlayaraq, bu kimi tədbirlərin Azərbaycanda keçirilməsinin təsadüf olmadığını vurğulayıb və bunun ölkəmizin dinlərarası və sivilzasiyalararası dialoqa verdiyi töfhənin təzahürü kimi qiymətləndirib.

Azərbaycanın yüksək tolerantlıq və multikulturalizm modelinin bütün dünya üçün bir nümunə olduğunu qeyd edənMari-Luiz Koleyro Preka həmçinin 2017-ci ilin may ayında Azərbaycanda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib.

Mari-Luiz Koleyro Preka Azərbaycan və Malta arasında son dövrlərdə qurulmuş yüksək səviyyəli əlaqələrdən məmnunluğunu bildirib və əməkdaşlığın daha da irəlilədilməsi üçün yeni sahələrin müəyyən edilməsinin vacibliyini vurğulayıb. O, xüsusilə turizm sahəsində əlaqələrin təşviq edilməsinin əhəmiyyətini qeyd edərək, bunun xalqlararası təmasların gücləndirilməsinə xidmət göstərdiyini və ölkələrimizi daha yaxından tanımağa imkan yaratdığını deyib.

Prezident Mari-Luiz Koleyro Preka Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının Malta tərərfindən dəstəkləndiyini və bu əməkdşalığın regional sabitlik üçün önəmli olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov Maltaya səfərindən məmnunluğunu ifadə edərək, səfər çərçivəsində keçirdiyi görüşlərin çox məhsuldar olduğunu qeyd edib. Elmar Məmmədyarov ikitərəfli əlaqələrlə yanaşı, Maltanın Avropa İttifaqına sədrliyini nəzərə alaraq, Azərbaycan və Avropa İttifaqı arasında ələqlərin irəlilədilməsində Maltanın rolunu qeyd etdi və Avropa İttifaqı ilə hazırda müzakirə edilən tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlar barəsində məlumat verib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli edilməli olduğunu və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal edilmiş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Sonda Elmar Məmmədyarov Prezident Sarayının xatirə kitabına ürək sözlərini yazıb.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!