"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 27-01-2015, 12:33
Qurban Məmmədov Səlim Müslümova təşəkkür etdi

Qurban Məmmədov hökumət üzvlərini ƏƏSM nazirindən nümunə götürməyə çağırdı
“ÇALXAN” hüquq firmasının direktoru, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov Moderator.az-a bir yazı göndərib:
"Moderator.az-ın 19 yanvar 2015-ci il tarixli bölümündə bir məqaləm yayınlanmışdı-(moderator.az/?xeber=67335)
Məqalədə azadlığa buraxılan məhbusların elə birinci gündən başlayaraq yemək, su, yol puluna olan ehtiyacları barədə, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının 31 may 2007-ci il tarixli Qanununun 14.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi ilə bağlı yaranan problemlərdən yazmışdım.
Bu gün (26 yanvarda) mənə gələn bir zəng sözün yaxşı mənasında məni çox təəccübləndirdi. Çünki son 20 ildə ilk dəfə bir dövlət orqanının, xüsusilə də nazir səviyyəsində, kütləvi informasiya vasitəsində irəli sürülən təklifə münasibət bildirməsinə və ən əsası isə mövcud problemin həlli barədə göstəriş verməsi faktına rast gəlirdim.
Qurban Məmmədov Səlim Müslümova təşəkkür etdi

Zəng edən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi, hörmətli Çingiz Əliyev idi. Çingiz müəllim öncə Moderator.az-da yayılan həmin yazıya, bu vacib problemin qaldırılmasına görə mənə öz adından və şəxsən cənab nazir Səlim Müslümovun adından təşəkkürünü bildirdi.
Daha sonra aramızda bu problemlə bağlı ətraflı müzakirə oldu.
Çingiz müəllim bu sahədəki problemlərin həlli istiqamətində artıq cənab nazirin tapşırığı ilə çalışıldığı barədə məlumat verdi. Aydın oldu ki, hörmətli S.Müslümov məhbusların həmin pul məbləğini məhz azadlığa çıxan gün almalarının təmin edilməsi üçün göstəriş veribmiş və bunun reallaşdırılması yolları, yəni qanunun icra mexanizmi üzərində xeyli vaxtdır gərgin iş gedir.
Ancaq bu problemin məhbusların özündən qaynaqlanan çətinlikləri də var imiş.
Cingiz müəllim mənim də fikir və mülahizələrimi almaq istədiyini bildirdi. Təbii ki, mən də bu sahəni daxildən məhbus kimi, kənardan vəkil kimi vaxtilə kifayət qədər öyrənən bir hüquqşünas olaraq öz təkliflərimi verdim.
Açıq deməliyəm ki, müxalifət nümayəndəsi kimi dövlət orqanı ilə bu əməkdaşlıqdan çox məmnun qaldım. Deməli, mümkündür. Tərəflər səmimi olanda alınır. Təki məqsəd dövlətçilik və milli maraqlar olsun.
Aydın oldu ki, məhbusların bir çoxunun şəxsiyyət vəsiqələri vaxtında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmədiyi üçün onların adına bank hesabı açmaq mümkün olmur. Nəzərdə tutulan birdəfəlik müavinət isə bank hesabları vasitəsilə, plastik kartlarla məhbuslara daha rahat çatdırıla bilər.
Bununçün də Penitensiyar Xidmətlə, Ədliyyə Nazirliyi və cənab S.Müslümovun nazirliyi arasında sıx əməkdaşlıq lazımdır. Ancaq məhbuslar və onların yaxınları da bu prosesə yardım etməlidirlər. Məsələ burasındadır ki, bir çox məhbusun şəxsiyyət vəsiqəsi onların cəzaçəkmə müəssisələrində saxlanılan şəxsi işlərində yoxdur. Ya kimsə itirib, ya səhlənkarlıq edərək vaxtında istintaq orqanlarına təqdim etməyib (bunda istintaq orqanlarının da səhlənkarlığı var), ya da cəzaçəkmə müəssisələri yeni şəxsiyyət vəsiqələrinin əldə edilməsində üzərlərinə düşən vəzifələri vaxtında icra etməyiblər. Bu sonuncu halda Penitensiar Xidmət rəhbərliyinin və ədliyyə naziri hörmətli cənab Fikrət Məmmədovun müdaxiləsinə ehtiyac var.
Şəxsiyyət vəsiqələri nazirliyə vaxtında təqdim edilmir, nazirlik pulsuz olaraq bank hesablarını vaxtında aça bilmir və beləliklə də, azadlığa buraxılan məhbus elə həmin andan başlayaraq maddi problemlər yaşayır.
Hörmətli nazirimiz S.Müslümov göstəriş verib ki, məhbusların şəxsiyyət vəsiqələrinin surətləri azadlığa buraxılmalarına ən azı üç (3) ay qalmış əldə edilsin, onların adına bank hesabları açılsın, birdəfəlik müavinətlar bu hesablara köçürülsün və məhbus azadlığa çıxarkən buraxılış vəsiqəsi ilə birlikdə ona həm də plastik bank kartları təqdim edilsin.
Bax budur dövlətçilik. Budur insana məhəbbət. Budur rəhbər məsuliyyəti və millət yanğısı.
Bir nazirimiz bunu bacarırsa, başqa nazirlər nədən belə davranmasınlar?!
Sonda mən belə operativlik, dövlətçilik əxlaqı sərgilədiyinə görə şəxsən və bütün məhbuslar adından HÖRMƏTLİ, CƏNAB SƏLİM MÜSLÜMOVA minnətdarlığımı bildirirəm.
Qoy bütün nazirlər, bütün məmurlar Səlim müəllimdən nümunə götürsünlər. Prezident İlham Əliyevə və Azərbaycanın bu həssas dönəmində dövlətçiliyimizə əsl xidmət nümunəsi elə budur.
P.S. Hörmətli oxucular. Bu yazını hamı öz səhifəsində yaysın ki, məhbus yaxınları bundan xəbər tutsunlar. Bu barədə tanıdığınız, əlaqəniz olan məhbuslara da xəbər verin ki, şəxsiyyət vəsiqələrini vaxtında, yəni azadlığa çıxmalarına azı 3 (üç) ay qalmış cəzaçəkmə müəssisələrinin rəhbərliyinə təqdim etsinlər.
İnanıram ki, biz tezliklə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, sosial adaptasiya mərkəzlərinin də yaradılmasının və faydalı fəaliyyətinin şahidi olacağıq.

“ÇALXAN” hüquq firmasının direktoru,
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü,
Qurban Məmmədov (Cəlaloğlu)


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!