Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov .....                        Mən sehrbaz deyiləm... .....                        İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ .....                        Ukrayna Azərbaycana təşəkkür etdi .....                        Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı .....                        Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb .....                        Bakıda 2 nəfər prokurorluqdan, 1-i vəzifəsindən xaric edildib .....                        Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz .....                        Ziya Bunyadov prospektindəki yanğın tam söndürülüb .....                       
Tarix : 18-09-2015, 12:15
Rövnəq Abdullayev neftçilərə ev payladı


Bu gün, 20 sentyabr - Neftçilər günü ərəfəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəsmiləri Bakı şəhərinin Qaradağ rayonu, Sahil qəsəbəsinin Emin Quliyev prospektində tikilmiş iki yeni yaşayış binasının istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə iştirak ediblər.

Butov.az "Report"un verdiyi xəbərə istinadən nəzərinizə çatdırır ki, SOCAR prezidentinə məlumat verilib ki, istifadəyə verilən 1 ədəd 2 bloklu və 1 ədəd 1 bloklu yeni yaşayış binaları 12 mərtəbədən, mansarddan və ümumilikdə, 204 mənzildən ibarətdir.

Binalar bütün kommunal xidmətlərlə təchiz edilib. Ümumi sahəsi 14 109,5 kv. metr ərazini əhatə edən binaların yaşayış sahəsi 8 235,9 kv. metrdir. Bundan başqa, 1 bloklu binanın birinci mərtəbəsində 505,2 kv. metr, 2 bloklu binada isə 963,6 kv. metrlik qeyri-yaşayış sahəsi də var. Binalarda 24 ədəd birotaqlı, 132 ədəd ikiotaqlı, 36 ədəd üçotaqlı və 12 ədəd dördotaqlı mənzil var.

Qeyd olunub ki, binaların eskiz layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdərəsi ilə razılaşdırılıb, inşaat işlərinə isə FHN-in rəyi əsasında 2014-cü ilin yanvar ayında başlanılıb. Binaların istilik sistemi mərkəzləşmiş qazanxana ilə əlaqələndirilib. Ərazidə 2 ədəd 300 kubmetrlik hovuz tikilib ki, bu da sakinlərin daimi olaraq isti və soyuq su ilə təchizatına zəmin yaradır. Binalarda Cənubi Koreya istehsalı olan yük və sərnişin liftləri quraşdırılıb. İnşaat işlərinin podradçısı isə “Tikinti-Quraşdırma ANKZ-2” ASC olub. Binaların ətrafı abadlaşdırılıb, sakinlərin səmərəli istirahətinin təşkili üçün şərait yaradılıb.

Sakinlər qarşısında çıxış edən R.Abdullayev qarşıdan gələn Neftçilər günü münasibətilə çoxminli neftçilər ordusunu, bütünlüklə Azərbaycan xalqını təbrik edib. O, SOCAR-ın idarə və müəssisələrində çalışan işçilərin sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində olduğunu bildirib, bu sahədə mühüm sosial proqramların həyata keçirildiyini vurğulayıb. Daha sonra R.Abdullayev yeni binanın rəmzi qırmızı lentini kəsərək, onu müşayiət edən şəxslərlə birlikdə mənzilləri gəzib, neftçilərin yaşayışı üçün yaradılmış şəraitlə tanış olub. SOCAR prezidenti neftçilərə mənzillərin order və açarlarını təqdim edib.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!