Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır .....                        Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək" .....                        Daha bir marşrut üzrə avtobuslar yeniləndi .....                        Vardanyanın məhkəməsi yekunlaşdı - YENİLƏNİB .....                        İlham Əliyevlə Vensin məhdud tərkibdə görüşü keçirilir .....                        Azərbaycan Prezidenti ABŞ-nin Vitse-prezidentini qarşıladı .....                        Deputatlar 10 məsələ üçün toplaşır - GÜNDƏLİK .....                        ABŞ-ın vitse-prezidenti Bakıya gəldi - FOTO .....                        Naxçıvanda sabiq hərbi komissara iş kəsildi - 8 il .....                       
Tarix : 27-08-2013, 14:38
Şəhid ailələri və əlillər üçün yeni binalar tikilir


"Bərdə, Xaçmaz, Qax və Şamaxı rayonlarının hərəsində 1 ədəd 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan və Ağdam rayonlarının hər birində 1 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binaları inşa olunur və həmin binaların cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur".

Bunu Azərbaycanın Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov bildirib. Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 1997-ci ildən 2012-ci ilin sonunadək Bakı şəhərində və respublikanın digər şəhər və rayonlarında 5 minə yaxın mənzil inşa olunaraq istifadəyə verilib.

1997-ci illə müqayisədə əlil və şəhid ailələri üçün inşa olunan mənzillərin illik sayı son illərdə 10 dəfəyə yaxın artaraq orta hesabla 700 mənzil təşkil edib. Belə ki, 1997-2003-cü illərdə ümumilikdə 850-ə yaxın mənzil tikilərək istifadəyə verilibsə, 2004-2012-ci illərdə 4 mindən çox mənzil inşa olunaraq əlil və şəhid ailələrinə təqdim edilib. Növbəti bir neçə il ərzində növbədə dayanan hər bir ailə gözəl mənzillərlə təmin ediləcək".

F.Ələkbərovun sözlərinə görə, indiyədək 3526 nəfər əlilə dövlət hesabına minik avtomobili verilib.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!