Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 21-09-2015, 11:51
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistandakı uşaq evlərinə bayram hədiyyələri paylanıb - FOTOSESSİYA


Butov.az Apaya istinadən xəbər verir ki Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə “Pakistan Sweet Homes” kimsəsizlər evinin İslamabad, Abbotabad və Kəraçidə yerləşən şöbələrində qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilib.

Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirlərdə “Pakistan Sweet Homes”un direktoru Zamurad Xan, Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti, “Sülh və Diplomatik Tədqiqatlar İnstitutu” düşüncə quruluşunun direktoru Məhəmməd Asif Nur, tanınmış ictimai-siyasi xadimlər, senatorlar, media mənsubları, Azərbaycanın Pakistandakı səfirliyinin əməkdaşları və kimsəsizlər evində məskunlaşan uşaqlar iştirak ediblər.

Azərbaycan-Pakistan Gənclər Forumunun prezidenti M. Asif Nur çıxış edərək Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin tarixi və siyasi əhəmiyyətindən, hər iki ölkəni və xalqı birləşdirən siyasi və mənəvi amillərdən söz açıb.

“Pakistan Sweet Homes”un direktoru Zamrad Xan təşkilatın ölkənin müxtəlif yerlərindəki şöbələrində məskunlaşan 3600 yetim uşağı himayələrinə aldıqlarını söyləyərək bildirib ki, yetimlərə qayğı müqəddəs işdir, ilahi buyruqdur. O, Heydər Əliyev Fondunun xeyriyyəçilik layihələrinin ülvi dəyərlərin, yüksək mədəniyyətin təzahürü olduğunu, bu əməllərin hədər getmədiyini, Azərbaycan-Pakistan əlaqələrinə öz töhfəsini verdiyini qeyd edib.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov nitqində Azərbaycanın birinci xanımının adından iştirakçıları salamlayıb və Qurban bayramı ərəfəsində bir araya gəlməyin sevindirici olduğunu söyləyib. Səfir fondun Azərbaycanda, Pakistanda və digər xarici ölkələrdə reallaşdırdığı layihələr barədə iştirakçıları məlumatlandırıb. O, 24-25 sentyabr tarixlərində İslamabad, Abatabad və Karaçı şəhərlərində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə qurbanlıqların kəsilərək kimsəsizlər evinin 3600 sakininə və bölgələrdə məskunlaşan digər ehtiyacı olan insanlara paylanacağını bildirib.

Mərasimdə yetimlər evinin uşaqları Pakistan mədəniyyətinin elementlərini əks etdirən rəqslər, mahnılar ifa ediblər.

Tədbirin sonunda kimsəsizlər evində məskunlaşan uşaqlara Heydər Əliyev Fondu adından məktəbli çantaları, dərs ləvazimatları və digər hədiyyələr təqdim olunub.

Tədbir Pakistanın TV kanallarında nümayiş olunub, “Daily Times,” “The News”, “The Nation”, “Nawai Waqt”, “Pakistan Observer”, “Exspress”, “Diplomatic İnsight”, “Pakistan Today”, “Dna News” “The Frontier Post” və digər nüfuzlu qəzetlərdə müxtəlif məqalələr dərc edilib.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!