İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 29-09-2015, 13:15
Səhiyyə Nazirliyindən həkimlərə yeni tövsiyə: reseptlərdə yalnız dərmanların adları yazılmasın


Azərbaycanda apteklərdə dərmanlar dövlət tərəfindən tənzimlənmiş qiymətlərlə satılmağa başlanıldıqdan sonra Səhiyyə Nazirliyi (SN) tərəfindən həkimlərə müəyyən tövsiyələr edilib. SN-nin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov Trend-ə bildirib ki, yeni qiymətlər qüvvəyə mindikdən sonra vətəndaşların apteklərdə dərmanları yalnız ticari adı ilə axtarmaması üçün Nazirlik tərəfindən həkimlərə reseptlər yazarkən orada təsiredici maddənin də adının yazılması tövsiyə edilib. Tarif ( qiymət) Şurası tərəfindən 25 təsiredici maddə üzrə 1057 adda dərmanın qiymətinin artıq dövlət tərəfindən tənzimləndiyini xatırladan P.Əzizbəyov bildirib ki, konkret hansısa ticari adı olan dərman aptekdə satışda olmayanda eyni təsiredici maddə üzrə digər ölkənin dərmanı satışda ola bilər: “Hər təsiredici maddə üzrə bir necə ölkənin müxtəlif adlarla istehsal etdiyi dərman vasitələri var. Ola bilsin ki, aptekdən konkret hansısa ticari adı olan dərman vasitəsini soruşduqda həmin adda dərman olmasın. Bu gün apteklərdə eyni təsiredici maddəyə malik digər ölkələrin, istehsalçıların istehsal etdiyi və dövlət qeydiyyatına alınmış dərman vasitələri var. Əgər əhali hər hansı dərmanı ticari adla axtardıqda onu apteklərdə tapmırsa, onda əczacıdan təsiredici maddə üzrə digər dərmanların olub-olmaması ilə maraqlansın”.

Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!