Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Tarix : 11-11-2015, 10:18
Avtomobillərə texniki xidmət üzrə mütəxəssis hazırlığı kursu yekunlaşıb.


Bilik Fondunun "Hyundai" ilə birgə layihəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə "Auto Azerbaijan" şirkətinin Bakıda yerləşən “Hyundai” təlim mərkəzində “Avtomobil haqqında texniki biliklər” mövzusunda keçirilən təlimlərə yekun vurulub. Fonddan verilən məlumata görə, təlimlərdə iştirak üçün Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarından olan hərbi xidmət keçmiş, avtomobil ustalığına marağı, müəyyən bilik və praktiki bacarığı olan gənclər müraciət ediblər. Onlardan 5 nəfəri müsbət nəticə göstərərək kurslarda iştirak hüququ qazanıblar.
Avtomobillərə texniki xidmət üzrə mütəxəssis hazırlığı kursu yekunlaşıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə “Gələcəyimiz üçün əl-ələ” – "Hyundai" markasının korporativ sosial məsuliyyət proqramı çərçivəsində baş tutan təlimlər Oktyabrın 1-dən başlayaraq 1 ay davam edib. Peşəkar təcrübəli ustalardan həm nəzəri, həm də praktik vərdişləri öyrənən gənclərə sertifikatlar təqdim olunub. Təlim keçən gənclər, Qax və Oğuzdakı Bilik evlərində müdavimlərə xarici avtomobillərə texniki xidmət qaydalarını öyrədəcəklər.
[center]Avtomobillərə texniki xidmət üzrə mütəxəssis hazırlığı kursu yekunlaşıb.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, "Auto Azerbaijan" Dilerlərin İnkişafı Departamentinin müdiri İhsan Korkmazer, Dilerlərin inkişafı üzrə baş mütəxəssis Tural İsmayılov, texniki menecer Sənan Məmmədov, təlimçi Qurban Məmmədov çıxış edərək layihənin əhəmiyyətindən, perspektivlərindən danışıb, kursa qatılanlara uğurlar arzulayıblar.

İnformasiya təminatı sektoru


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!