İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 19-11-2015, 14:36
Layihə artıq yekunlaşmaq üzrədir


“Ailə institutunun gücləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsi artıq yekunlaşmaq üzrədir.


Butov.az-a daxil olan məlumata görə, “İnsan Hüquqları üzrə İctimai Şura” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə institutunun gücləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsi artıq yekunlaşmaq üzrədir. 18 noyabrda layihənin effektivliyinin qiymətləndirilməsi üçün mətbuat konfransı keçirildi. Mətbuat konfransında layihə rəhbəri Nərgiz Ramazanova bildirmişdir ki, bu layihəni həyata keçirməkdə əsas məqsəd ailə qurmağa hazırlaşan gənclərə psixoloji dəstəyin verilmək, ailə hüququ sahəsində gənclərin maarifləndirilmək, ailənin uzunömürlü və möhkəm olmasında nikah müqaviləsinin rolu və əhəmiyyətini göstərmək gəncləri bu sahədə daha məlumatlı olmasını təbliğ etməkdir. Layihə çərçivəsində 2 dəfə Bakı, 1 Cəlilabad və 1 Şamaxı rayonlarında olmaqla olmaqla ümumilikdə 4 təlim keçirilmiş və 120 nəfərə yaxın gənclər arasında təbliğat aparılmışdır. Bundan əlavə olaraq, müraciət etmiş gənclərə hüquqşünas və psixoloq tərəfindən 2 ay müddətində fərdi konsultasiyalar təşkil olunmuş və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların təsbiti üzrə Birgə İşçi Qrupu ilə imzalanmış “Anlaşma Memorandumu”na əsasən “Qaynar xətt” xidməti vasitəsilə hüquqi məsləhətlər verilmişdir.
Mətbuat konfransında jurnalistlərin sualları cavablandırıldıqdan sonra layihənin əhəmiyyəti və gənclərin bu layihədə həvəslə iştirak etdikləri xüsusi vurğulanmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının gənclərə ailə hüququ və psixologiyası sahəsində maarifləndirmə işlərinə verdiyi dəstək yüksək qiymətləndirilmiş, gələcəkdə də bu istiqamətdə layihələrin və geniş təbliğat işlərinin davam etdirilməsinin önəmi qeyd edilmişdir.




Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!