Sumqayıtda binada yanğın - Sakinlər təxliyə edildi .....                        Almaniya səfiri ilə danışıq olduqca sərt aparılıb .....                        Zaqatalada ağır qəza: Yaralılar var .....                        Danışığını bilməyən ağılsız - Xalq artistindən sərt reaksiya .....                        Özbəkistanda məsciddə partlayış: 3 ölü, 10 yaralı .....                        Mətbuat Şurası bəyanat yaydı: "Bu film jurnalistika prinsiplərinə ziddir" .....                        Bakıdan Almaniyaya etiraz - Səfir XİN-ə çağırıldı .....                        Ermənistan dezinformasiya yayır .....                        56 yaşlı kişini ildırım vurub öldürdü .....                       
Tarix : 1-06-2015, 13:38
 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə görüş keçirilib

Mayın 31-də “İnsan Hüquqları XXI Əsr – Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dövlət Dəstəyi Şurasının (Şura) maliyyə dəstəyi ilə həyata keçirilən "Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və hüquqi yardıma ehtiyacı olan ailələri üçün psixoloji “Xidmət Mərkəzi”inin fəaliyyətinin davamlılığının təmin olunması" layihəsi çərçivəsində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə Qarabağ müharibəsində itkin düşmüş şəxslərin ailələri və uşaqları ilə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə görüş keçirib. Görüşdən sonra uşaqlar və ailələri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında uşaqlar üçün nəzərdə tutulan "Danışan gəlincik" tamaşasını pulsuz izləyiblər.
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən görüşdə layihə rəhbəri Aytəkin Nuriyeva, layihənin hüquqşünası Ülviyyə Rəhimova və sosial işçi Nisə Rəhimova iştirak ediblər.
Onu da qeyd edək ki, 2012-ci ildə Fondun nəzdində Beynəlxalq Qızıl Xaç Komitəsi və Şura ilə birgə əməkdaşlıq çərçivəsində “İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi” yaradılıb.
 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə görüş keçirilib

Mərkəzin 3 illik fəaliyyəti dövründə Bakının Nərimanov, Səbail, Xətai və Sabunçu, Suraxanı, Nəsimi rayonlarında yaşayan itkin düşmüş şəxslərin ailələri üçün 300-ə yaxın qrup görüşü keçirib, 500 - ə yaxın itkin düşmüş şəxsin ailə üzvünə psixo-sosial yardım göstərib, 200 - ə yaxın xəstə və görüşlərə gələ bilməyən ailə üzvləri birbaşa psixoloq və hüquqşünas, habelə, sirdaşlar (İtkin düşmüş şəxslərin ailələrindən seçilmiş xüsusi sosial işçilər) tərəfindən evlərində ziyarət ediliblər.
Artıq 3 ildir ki, fəaliyyət göstərən “İtkin Düşmüş Şəxslərin Ailələrinin Psixo-Sosial Reabilitasiyası Mərkəzi” 2014-cü ildə Şuranın dəstəyi ilə “Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji “xidmət mərkəzi”nə çevirilib.
Şuranın dəstəyi və daxili imkanlar hesabına bu günə qədər Bakı şəhərində yaşayan itkin düşmüş şəxslərin ailələrinə mütəmadi psixoloji (ehtiyac olduqda həm də hüquqi) xidmətlər göstərilib.
Mətbuat xidməti



Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!