Seçki keçirməyə hazıram, amma... - Zelenski .....                        İki idmançımız dünya çempionatında bürünc medal qazandı .....                        Liderlərdən ilk açıqlama: üçtərəfli görüşə hazırıq! .....                        Fransa razılaşdı: azərbaycanlı uşaqlar Almaniyaya qaytarılır .....                        ATƏT Rusiyanın SOCAR obyektinə hücumuny pislədi .....                        Rusiyada azərbaycanlı iş adamı həbs olundu .....                        Paşinyan anklavlarla bağlı suala belə cavab verdi .....                        Amma siz inqilab etmədiniz... - Paşinyan .....                        Sülh şəraitində yaşamağın nə olduğunu bilmirik - Paşinyan .....                       
Tarix : 14-12-2015, 13:11
Bina qəza vəziyyətində - Sakinlər təhlükədə



“Dəfələrlə ayağım döşəmənin arasına girib, burxulub. Divarlar o vaxt zəlzələnin təsirindən aralandı. Eyvanlarda gəzməyə qorxuruq. Tavanlarımız deşik-deşikdir, yağış yağanda su evə dolur”.

Bunu Sabunçu rayonu, Ələsgərov küçəsində qədim, ikimərtəbəli, ümumi yaşayış tipli binada yaşayan Əvəz Əvəzov deyir. Bina 160 il əvvəl inşa olunub. Buradakı vəziyyət haqqında bir müddət əvvəl də “Qaynar xətt”ə şikayət ünvanlanmışdı. Əvəz Əvəzov deyir ki, Fövqəladə Hallar Nazirliyindən də gəlib baxıblar. Bu binada yaşamağın təhlükəli olduğunu deyiblər. Qəzalı olması barədə rəy də verilib. Divarları yarıq-yarıqdır, döşəməsi aralı-aralı, tavanı da öz bildiyimiz kimi təmir eləmişik ki, başımıza uçmasın”.

Bu dəfə “Qaynar xətt”ə təkrar müraciət edən sakinlərin deməsinə görə, şikayətlərindən sonra FHN və yerli icra hakimiyyətindən gəlib binaya növbəti dəfə baxış keçiriblər, tezliklə köçürüləcəklərini deyib gediblər. Ancaq hələ də binada səksəkə içərisində yaşamaqdadılar.

Sakinlər söyləyir, imkanları bəzi xırda-para təmir-bərpa işləri görməyə çatır. Ancaq bina elə vəziyyətdədir ki, sökülüb yenidən tikilməlidir. Sakinlər binadakı vəziyyəti belə təsvir edirlər:

“Qonaq gəlir, ayağı düşür döşəmənin arasına, adam qonaq yanında utanır. Dəfələrlə ayağım döşəmənin arasına girib, burxulub. Divarlar o vaxt zəlzələnin təsirindən aralandı. Eyvanlarda, ümumiyyətlə, gəzməyə qorxuruq. Tavanlarımız deşik-deşikdir, yağış yağanda su evə dolur”.

Bu ünvanda sakinlərin əsəblərini tarıma çəkən səbəblərdən biri də kommunal xətlərin bərbad vəziyyətidir. Səidə Babayeva deyir, işıq, qaz xətləri də qəzalı vəziyyətdədir. İşıq xətlərində tez-tez qısaqapanma olur. Bu yaxınlarda yanğın da başlayıb. Qonşular yığışıb söndürüblər:

“Hərə öz evini birtəhər abıra salır. Ancaq bu, yetərli deyil. Şəxsən mən təqaüdçüyəm, başqa gəlirim yoxdur. Cüzi təqaüdlə hansı təmir işini görə bilərəm? Uzaqbaşı, divara bir qab rəng alıb çəkə bilərəm. Bununla iş bitmir. Bu bina sökülməlidir, yenisi tikilməlidir. Ya da bizə başqa yerdə ev verilsin, köçək gedək”.

Sabunçu rayon İcra Hakimiyyətindən bildiriblər ki, bu yaxınlarda binanın bir hissəsi təmir olunub. Hazırda qalan hissəsinin təmiri üçün Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq departamentinə məktub göndərilib. Məktub əsasında vəsait ayrılmalıdır ki, təmir işləri davam etdirilsin.



Azadliq.org


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!