Ölkədə doğum sayı azalıb .....                        İnternet televiziyasının rəhbərinin cəzası azaldıldı .....                        Qarabağ Universitetində Həmkarlar İttifaqı təşkilatı təsis olundu - FOTO .....                        Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə mindi .....                        İstanbulda tarixi danışıqlar: Ukrayna, Rusiya və ABŞ-ı kim təmsil edir... - SİYAHI .....                        Yevlaxda 15 yaşlı qız əməliyyat zamanı öldü - Cinayət işi açıldı .....                        Bakının bu küçəsi tam bağlanır .....                        Azərbaycanda yeni medal təsis edildi .....                        "Qalatasaray" 19-cu dəfə Türkiyə çempionu oldu .....                       
Tarix : 9-09-2015, 10:00
Abid Şərifovdan sakinlərə şad xəbər


“Sovetski” məhəlləsində evlərinin sökülməsi ilə əlaqədar köçürülməsi planlaşdırılan bəzi sakinlərinə 9 mərtəbəli binalarda mənzillər veriləcək

Butov.az Trend-ə istinadən məlumat verir ki, bunu jurnalistlərə baş nazirin müavini Abid Şərifov deyib.

Onun sözlərinə görə, “Sovetski”nin bəzi sakinləri sahəsi çox kiçik olan evlərdə yaşayır: “Məlum olduğu kimi, mənzilin 1 kvadratmetrinə görə 1500 manat həcmində kompensasiya ödənilir. "Sovetski” sakinlərinin təqribən 20 faizinin yaşayış sahəsi 25 kvadratmetrdən çox deyil. Əlbəttə, onlar həmin kompensasiya ilə mənzil əldə edə bilməzlər. Buna görə də belə ailələrin yerləşdirilməsi üçün iki 9 mərtəbə ayrılıb”.

A.Şərifov qeyd edib ki, bu binalardan biri “Gənclik” mehmanxanasının yanındadır və orada 60 ailə yerləşdiriləcək: “Bu bina daha əvvəl qaçqınlar üçün yataqxana idi. Onlar başqa yerə köçürülüb, bina təmir edilib və indi orada “Sovetski”dən olan sakinlər yaşayacaq. Əvvəlcə sakinlər buna qarşı idi, lakin hazırda ərizələrin sayı gündən-günə artır”.

O bildirib ki, binada sahəsi 36 kvadratmetr olan birotaqlı, eləcə də sahəsi 50 kvadratmetr olan ikiotaqlı mənzillər var: “Bu binalarda bütün zəruri şərait var. “Sovetski” sakinlərinin bunadək yaşadığı şəraiti nəzərə alsaq, onlar çox razı qalmalıdırlar. İkinci bina keçmiş Səttarxan adına maşınqayırma zavodu yaxınlığındadır. Bura daha əvvəl qaçqınlar üçün yataqxana olub. Hazırda ilin sonuna başa çatdırılması planlaşdırılan təmir işləri aparılır”.

Baş nazirin müavini əlavə edib ki, “Sovetski”nin yaşıllaşdırılması üzrə işlərə ilin sonunadək başlamaq planlaşdırılır: “Bir daha qeyd etmək istəyirəm ki, “Sovetski”də binaların tikintisi planlaşdırılmır. Bütün ərazidə parklar salınacaq və yollar çəkiləcək”.


Butov.az


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!