“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
Tarix : 7-04-2016, 12:30
Azərbaycan və Gürcüstan universitetləri arasında Memorandum imzalandı


Aprelin 6-da Batumi şəhərində Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Şota Rustavelli Batumi Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Butov.az Qaynar.info-ya istinadən xəbər verir ki, mərasimi giriş sözü ilə açan baş konsul Rəşad İsmayılov prezident İlham Əliyevin elm və təhsilin inkişafına daim böyük önəm verdiyini diqqətə çatdırıb. Dövlət başçısının elm və təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulayan baş konsul bu sahələrdə qazanılan uğurlardan danışıb.

Sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, memarlıq doktoru, professor Nərgiz Abdullayeva universitetin fəaliyyətindən danışaraq bu tədris ocağının dövlət idarəçiliyi sahəsində bir təhsil müəssisəsi kimi daxili qarşılıqlı inteqrasiyanın önəmini qeyd edib. Nərgiz Abdullayeva Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Batumi Dövlət Universiteti arasında əməkdaşlığın genişlənməsinin tədris prosesinin daha da yüksəlməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Şota Rustavelli Batumi Dövlət Universitetinin rektoru, professor Merabi Xalvaşi bu iki təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini və əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın səmərəli olacağına əminliyini bildirib.

Sonra memorandum imzalanıb.Sənədi Az MİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva və Batumi Dövlət Universitetinin rektoru Merabi Xalvaşi imzalayıb. Memorandumda birgə fəaliyyət, elmi-texniki araşdırmaların aparılması, təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!