İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                        Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcək .....                        ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazilərinə səfər etdi - FOTO .....                        Hərbi helikopter qəzaya uğradı - 5 öldü, 3 yaralı .....                        Torpaq sürüşməsi nəticəsində avtomagistral bağlandı .....                        ABŞ müşaviri Gürcüstanda səfərdədir .....                        Türkiyədə baş vermiş zəlzələ digər vilayətlərdə də hiss olundu .....                        Respublika Pediatriya Mərkəzi yaradıldı .....                       
Tarix : 30-06-2016, 14:28
Tovuzun Öysüzlü kəndinin itkin gəlinindən hələ də xəbər yoxdur


İyunun 14-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində itkin düşən iki uşaq anası 27 yaşlı Aytəkin Quliyevadan hələ də xəbər yoxdur. Polis qadının gedə biləcəyi bütün ehtimal olunan yerləri axtarır.

Butov.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Tovuz rayon polis idarəsindən məlumat verilib.

İdarədən həmçinin qadının qayınatası tərəfindən öldürülməsi ilə bağlı yayılan ittihamlar da rədd olunub:

“Ortada heç bir ölüm faktı yoxdur. Qadın itkin düşüb, barəsində axtarış elan olunub və polis tərəfindən axtarılır. Öldürülməsi ilə bağlı yayılan fikirlər əsassızdır”.

Kəndin bələdiyyə sərdi Rüstəm Yusifov da virtualaz.org-a açıqlamasında itkin düşən gəlinin ailəsini uzun müddətdir tanıdığını deyib:

“Mən A.Quliyevanın ailəsini uzun illərdir tanıyıram, M.Əhmədov rayonda meşəbəyi işləyir. Bu günlərdə onunla görüşdüm. Dedi ki, həmin gün evdə olmayıb. Gəlin evdən 5 manat pul da götürüb çıxıb gedib. Hazırda axtarışdadı, başqa bir məlumat yoxdur”.

Qeyd edək ki, itkin düşən qadının atası Məzahir Quliyev mətbuata açıqlama verərək qızının qayınatası tərəfindən öldürülməsini iddia edib. O, bildirib ki, qızının azyaşlı uşaqlarını çağırıb ayrı-ayrılıqda danışdırıb və onlar bildiriblər ki, həmin gün analarını babası başından vurub və sonra da başından qan axa-axa maşına qoyub aparıb.

M.Əhmədov isə azvisiona.az-a açıqlamasında qudasının dediklərini təkzib edib və bildirib ki, gəlini öz istəyi ilə evdən qaçıb. O, həmçinin qeyd edib ki, Aytəkin evdən çıxanda bütün paltarlarını yığıb, şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsini də özü ilə götürüb. M.Əhmədovun sözlərinə görə, kənd sakinləri həmin gün Aytəkini çayxananın qarşısından keçərkən və rayon avtovağzalında görüblər.

Qayınata iddia edir ki, Aytəkinin danışdığı oğlan olub, o, ərinə xəyanət edib. Bəlkə də, həmin oğlana qoşulub qaçıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!