“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
Tarix : 11-07-2016, 12:21
Ruhlarla akt tərtib edənlər


Yasamal rayonu M.Seyidov küçəsi ev 37, mənzil 44 ünvanda yaşayan Aygün Kamil qızı İmanquliyeva redaksiyamıza şikayət məktubu ünvanlayıb. Həmin məktubu oxucularımıza təqdim edirik:


Mənim Yasamal rayonu M.Seyidov küçəsi ev 37, mənzil 44-də 5 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində şəxsi mülkiyyətim olan 1 otaqlı mənzilim var. Lakin evim ola-ola 23 aprel 2013-cü il tarixdən mən 50 yaşlı tənha qadın demək olar ki, küçələrdə yaşayıram. 17.03.2013-cü il tarixdə istirahət günü özünü "Bakıelektrikşəbəkə"nin işçisi kimi təqdim edən bir nəfər şəxs köhnə Sovet dövründən qalan sayğacı geri götürmək üçün gəldiyini bildirdi. Onu da qeyd edim ki, mənzilimdə olan sayğac divarın içərisində yerləşdirilmişdir.
Əməkdaş sayğacı ayırdıqdan sonra mənə sayğacın, yan hissəsində xüsusi alətlə açılmış deşik olduğunu bildirərək məndən rüşvət istədi. Mən işıq oğurlamadığım üçün onunla razılaşmadım və əməkdaşa bir sual verdim: Mən divarın içərisinə yerləşdirilmiş köhnə Sovet dövründən qalan sayğacın yan tərəfindən 2-3 sm-lik yerdən dediyin xüsusi alətlə necə deşə bilərəm? Həmin o aləti 2-3 sm yerə necə yerləşdirə bilmişəm?
Məlumat üçün xatırlatmağa ehtiyac duyuram ki, 2009-cu il avqust ayında "Bakıelektrikşəbəkə"nin əməkdaşı (Anar adlı şəxs) evimdə sayğaca baxış keçirdərək təzə sayğac qoymaq adıyla məndən 80 manat pul alıb sayğacın qaydasında olduğunu bildirən arayış vermişdir. Sayğacda dəlik vardısa, niyə görməmişdi və mənə niyə arayış vermişdi?
Əməkdaş latın əlifbasını bilmədiyimdən istifadə edərək məni aldadaraq aktı imzalatdırmışdır.
Mən 2006-cı il tarixdən Siyəzən rayonunda xəstə və zəlil anama baxmağımla əlaqədar olaraq rayonda yaşayırdım. Həftədə bir dəfə gəlib evimə nəzarət edib qayıdırdım.

Buna mənim qonşularım da şahidlik edərək notarusda imzalarını təsdiq ediblər. Mənim evimdə 3 dənə 60 v-luq lampa və soyuducudan başqa heç nə yoxdur. Mən tənha qadınam. Mən kimin üçün və niyə enerji oğurlamalıyam?
Ruhlarla akt tərtib edənlər

24.04.2013-cü il tarixdə 41 nömrəli mənzilin sahibi (evimin açarı onda olduğuna görə) mənə Siyəzən rayonuna zəng vuraraq mənzilimdə işığın yanmadığını bildirmişdir. 25.04.2013-cü il tarixdən bu günə qədər mən 50 yaşlı Azərbaycan qadını vətənim müstəqil Azərbaycanda tapdalanmış hüquqlarımla küçələrdə yaşayıram. Niyə? bu sualıma cavab verən yoxdur. Bununla əlaqədar mən 15 dəfə cənab Prezidentə, 3 dəfə Mehriban xanım Əliyevaya, 3 dəfə Ombudsman Elmira xanım Süleymanovaya, 2 dəfə cənab Ramiz Mehdiyevə, 1 dəfə Milli Məclisin sədri Oqtay Əsədova, 4 dəfə Nazirlər Kabinetinə, dəfələrlə Baba Rzayevə müraciət etmişəm. Təəssüflər olsun ki, heç bir nəticə əldə edə bilməmişəm. "Azərişıq"ın rəsmilərinin dediyinə görə, 23.04.2013-cü il tarixdə Uçot şöbəsinin əməkdaşları mənim evimdə olmuşlar. Sayğacdakı nöqsanları mənə göstərmişlər. Bütün müraciətlərimdə bu sözləri qeyd etmişəm: "Mənim evimdə ruhlar yaşamırlar uçot şöbəsinin əməkdaşları ruhlarla akt tərtib ediblər?!"

2014-cü ilin avqust və oktyabr aylarında ərizəylə Nazirlər Kabinetində qəbulda olmuşam. Oktyabr ayının 24-də Nazirlər Kabineti tərəfindən Yasamal "Elektrikşəbəkə"yə göndərilmişəm. Qəbulda rəis Maqsud Məmmədovdan Uçot şöbəsinin əməkdaşlarının tərtib etdikləri həmin o saxta aktın mənə göstərilməsini istədikdə Maqsud Məmmədov tərəfindən aldığım cavab bu oldu:

"İsmətinə hörmət elə mədəniyyətsiz işıq oğrusu" və kabinetinə mühafizə çağırtdırdı. Niyə? mən terrorçu idim? Maqsud Məmmədovun mənim ismətimlə nə işi var? Mənim ailəmdə ismətsiz qadın olmayıb, çünki mən Böyük Vətən müharibəsi iştirakçısı İmanquliyev Kamil Hüseynqulu oğlunun qızıyam. Mənim atam Maqsud Məmmədov kimilər üçün müharibədə can qoyub. Aldığım təhqirə görə dəfələrlə Baş Prokuror Zakir Qaralova müraciət etməyimə baxmayaraq, cənab Prokuror və Prokurorluğun əməkdaşları məni qəbul etmədilər. Niyə?
Cənab Prokuror, mən də sizin kimi bu elin, bu torpağın övladıyam. Hər həftənin şənbə günü sizin qəbul gününüz olur.
Təhqirlə əlaqədar 02.03.2014-cü il tarixdə cənab Fuad Ələsgərovun rəhbərlik etdiyi Hüquq şöbəsinə yazılı müraciət etdim. Cavab olmadı. 12.03.2015-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclis sədri cənab Oqtay Əsədova yazılı müraciətim olub. Bu günə qədər cavab yoxdur. Niyə?
12.01.2014-cü il tarixdə anam rəhmətə gedərkən mən bir qonşumdan, bir tanışımdan başsağlığı qəbul etməyə yer tapmadım, çünki heç bir ölkədə şam işığında insan əzizləri üçün başsağlığı qəbul etmir. Gəlin unutmayaq ki, biz müstəqil və işıqlı Azərbaycanda yaşayırıq.
Ruhlarla akt tərtib edənlər

İşığım kəsiləndən 11 ay sonra guya mənə rəhimləri gələrək işığımı bərpa etdilər. Lakin artıq çox gec idi, çünki mənim evim indi əsl xarabalığı xatırladır. Cənab Prezident, ANS televiziya kanalına müraciət edib evimin hansı vəziyyətdə olduğunu efirdə göstərilməyini xahiş etdim, imtina etdi. Yəqin ki, özlərini məmurların yanında sadə vətəndaşa görə pis etmək istəmədilər.
Budur, ANS şirkətlər birliyinin tutduğu mövqe? "Düzü-düz, əyrini-əyri" göstərən kanal.
Cənab Prezident!

Dəfələrlə müşavirələrdə ömrünüzün ən gözəl gününü 50 yaşınızı məcburi köçkünlərin evində qeyd etdiyinizi demisiniz. Mən isə öz evim ola-ola ömrümün ən gözəl gününü 50 yaşımı acı göz yaşlarıyla küçələrdə qeyd etdim.
Ruhlarla akt tərtib edənlər

Milli Məclisdən ərizəmə cavab vermədiklərinə görə seçkilərdən imtina edərək mənə verilən seçki bülletenini məktubla Milli Məclisə göndərmişəm. Niyə maraqlanan olmadı geri qaytarılan seçki bülleteniylə?
2 ildir yaşadığım evin dam örtüyünün təmir olunması üçün qərar çıxardılıb. Bu günə qədər dam örtüyü düzəldilməyib.

Cənab Prezident!

Xahiş edirəm, müstəqil işıqlı vətənimdə insan kimi, yaşamağıma kömək edəsiniz. Mən 10 il Rusiya vətəndaşı olmuşam. 15 ildir vətənimə qayıtmışam.
İnsan 50 yaşına çatanda harda yaşasa da, vətəninə qayıtmaq istəyir. Mən də bu istəklə doğma Azərbaycanıma qayıtmışam. Amma nə iş tapıram, nə də yaşamağa şəraitim var. Ümidim sizədir.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!