"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 19-09-2016, 09:22
Yeni qaydalar kəndliləri pay torpaqlarından məhrum edə bilərmi?


“İstifadəsiz torpaqlar dövriyyəyə qaytarılmalıdır. Torpağı icarəyə götürən mütləq torpaqda işləməlidir, onu əmanət kimi saxlamamalıdır”. Bu sözləri prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Dövlət başçısı vurğulayıb ki, böyük torpaq sahələri daha da səmərəli şəkildə dövriyyəyə buraxılacaq: “Bu il çox ciddi təftiş aparılır. Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir. O torpaqların icarə müqavilələri ləğv edilməlidir. Artıq bir çox müqavilələrin icarəsi ləğv olunub, bu proses davam etdirilir. Dövlət orqanları, yerli orqanlar və ictimaiyyət tərəfindən çox ciddi nəzarət olmalıdır. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət Azərbaycanda güclü olmalıdır. İctimai nəzarət, yəni, vətəndaşların nəzarəti güclü olarsa, onda biz bu işləri daha da böyük uğurla həll edə bilərik”.

Ölkə başçısının toxunduğu məsələ, yəni istifadəsiz qalan torpaqların dövlət tərəfindən geri qaytarılması konstitusiyaya dəyişikliklər aktında da öz əkini tapıb. Layihədə Konstitusiyanın 29-cu maddəsində V və VI hissələrə müvafiq olaraq “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur”, “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” məzmunlu cümlələrin əlavə edilməsi qeyd edilib. Bu da o deməkdir ki, prezidentin qeyd etdiyi kimi, istifadəsiz qalan torpaqlar dövlət tərəfindən zəbt oluna bilər.

Bəs, görəsən bu dəyişiklik daha çox oliqarxların əlində olan hektarlarla torpaq sahələrinin zəbt olunmasına gətirib çıxaracaq, yoxsa kəndlilərin əlindəki kiçik pay torpaqlarının?

İqtisadçı ekspert Qubad İbadoğlu qeyd etdi ki, yeni qaydalar oliqarxlardan daha çox, sadə insanların torpaqlarının əlindən çıxmasına səbəb ola bilər: “Bu əsasən əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi məqsədilə həyata keçirilir. Çünki artıq dövlətin aqrar siyasətinin prioritet sahələrindən biri pambıq əkini və bu məhsulun ixracatının artırılmasıdır. Əvvəlki dövrə nəzər salsaq, pambıq əkini əsasən pay torpaqlarının sahələrində olub və hazırda həmin torpaqlar xüsusi mülkiyyətə keçib. Pay torpaqlardan əlavə bələdiyyələr vasitəsilə satılan torpaqlar da var. Onlar da əsasən bələdiyyələr tərəfindən idarə edilən torpaqlardır. Çox güman ki, söhbət müəyyən kompensasiyaların ödənilməsi hesabına bu torpaqların alınması və onların dövlətin balansına cəlb olunması ilə bağlıdır. Düşünürəm ki, hər iki istiqamətdə, həm pay torpaqları, həm də xüsusi mülkiyyətdə olan digər torpaqlar sosial məqsədlər adı ilə geri alınacaq və əkin sahələrinin genişləndirilməsi məqsədilə istifadə olunacaq.

Mən bunu düzgün hesab etmirəm. Bu xüsusi mülkiyyətə hörmətsizlikdir. Hər bir fermerin öz təsərrüfat formasını özünün müəyyənləşdirməsinə azad şərait yaratmaq çox vacibdir. Çünki fermerlər özləri qərar verməlidirlər ki, hansı təsərrüfat formasını seçilər”.

Ekspertin fikrincə, bu birbaşa sərbəst bazar qaydaların ziddir, eyni zamanda mülkiyyət hüquqlarının pozulmasına, bununla bağlı problemlərin artmasına gətirib çıxaracaq: “Həm də azad mülkiyyətin təməl prinsiplərinə xələl gətirəcək. Bu maddənin konstitusiyaya salınmasını da yaxşı qiymətləndirmirəm. Bu, daha çox sadə vətəndaşların mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxaracaq. Çünki oliqarxların öz hüquqlarını qorumaq imkanı var, siyasi dəstək almaq potensialı daha çoxdur. Artıq sadə insanlarda müəyyən narahatlıq yaranıb. Mülkiyyətçilər konstitusiyaya təklif olunan bu dəyişikliyə görə ciddi narahatlıq keçirirlər və hesab edirlər ki, bu gələcəkdə onların torpaqlarının da əlindən çıxmasına səbəb ola bilər. Hesab edirəm ki, bu dəyişikliklər referendumda qəbul olunmamalıdır. İnsanlar bu dəyişikliyin əleyhinə səs verməlidirlər. Bu, bazar iqtisadiyyatı qanunlarına ziddir və mülkiyyət münasibətləri sahəsində ciddi konfliktlər yaradacaq”.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə bildirdi ki, bu qanunun heç bir halda pay torpaqlarına şamil edilə bilməz: “Milli Məclisdə də biz qərar qəbul edəndə bu məsələ ciddi müzakirə mövzusu oldu. Biz orada da qeyd etdik ki, bu dəyişikliyin pay torpaqların aid olmamasını əlavə etmək lazımdır. Pay torpaqları toxunulmaz olmalıdır. Çünki bu dövlət tərəfindən insanlara əvəzsiz olaraq verilmiş torpaqlardır. Söhbət yalnız iri torpaqlardan gedir. Min hektarlarla torpağı olan insanlardan söhbət gedir ki, onu alıb, ancaq əkib-becərmirlər. Həmin torpaqların dövlətin mülkiyyətində geri qaytarılması ilə bağlı qanun layihəsinə dəyişiklik edilib, hətta cərimələr də tətbiq etdik ki, bu hallara yol verilməsin. O baxımdan söhbət həmin torpaqlardan gedir, pay torpaqlarının bu məsələyə aidiyyatı yoxdur. Pay torpaqları elə də böyük sahəyə malik deyil, kiçik torpaqlardır. Söhbət məmurların, oliqarxların əllərindəki istifadəsiz qalan böyük torpaqlardan gedir. Əsas məqsəd də ondan ibarətdir insanlar böyük torpaqlar sahələri alır, ancaq ondan əkin üçün istifadə etmir. Biz qərar qəbul edəndə bir şərtlə səs verdik ki, pay torpaqları buraya aid edilməsin. Hazırda pay torpaqlarının 90 faizi istifadə olunur. Ola bilər ki, kiminsə vəsaiti yoxdur və müvəqqəti olaraq istifadə etmir. Ancaq gələcəkdə istifadə edəcək. Lakin xüsusi mülkiyyətdə olan iri torpaq sahələri istifadə olunmursa, ya həmin insanlar cərimə ödəməlidir, ya da torpaqlar əllərindən alınmalıdır”.

Musavat.com


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!