Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 14-12-2015, 09:54
Daşınmaz əmlak sektorunda mühüm layihə reallaşdırılır



Azərbaycanın qərb bölgələrində – Gəncə və Şəkidə daşınmaz əmlak sahəsi üzrə mühüm layihə həyata keçirilir. "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi daşınmaz əmlakla, xüsusilə torpaq sahələri ilə bağlı bütün problemləri həll etməlidir.

Əmlak Məsələləri Dövlət Komitəsinin bu layihəsi çərçivəsində Gəncə və Şəkidəki daşınmaz əmlakların elektron kadastrı və rəqəmsal kadastr xəritələri yaradılır. Nəticədə daşınmaz əmlakın qeydiyyatı sadələşəcək və indiyədək torpaqlardan istifadəyə mane olan problemləri aradan qalxacaq.

Layihənin İcra Qrupundan verilən məlumata görə, 255 min hektar ərazini əhatə edən Layihənin icrasına 2013-cü ilin oktyabrından başlanılıb və 2016-cı ilin yayında layihənin yekunlaşdırılması nəzərdə tutulur. Layihə Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə, Alman şirkəti tərəfindən həyata keçirilir. Layihə çərçivəsində ümumilikdə 155-160 min daşınmaz əmlakın kadastrı hazırlanacaq.

Problemlər nədən ibarətdir?

Belə ki, bəzi hallarda pay torpaqlarının yeri və sərhədləri dəqiq olmur. Pay torpaqlarının sənədlərində, o cümlədən xəritələrdə göstərilən məlumatlar reallığa uyğun gəlmir. Bəzən torpaq sahələrinin xəritədəki koordinatları ilə reallıqdakı yeri arasında hətta bir neçə kilometr məsafə olur. Bu isə çoxsaylı torpaq mübahisələrinin yaranmasına səbəb olur, torpaqların sənədləşdirilməsinə və istifadəsinə çətinlik yaradır.

Kadastr layihəsi bu problemlərin həllinə imkan verəcək. Belə ki, layihə çərçivəsində torpaq sahələri ən müasir və dəqiq avadanlıqlarla yenidən ölçülür, Ölçmə işlərinin dəqiqliyi 10-20 santimetr arasında dəyişir. Eləcə də pay torpaqlarının və həyətyanı sahələrin faktiki ölçüləri və sərhədləri dəqiqləşdirilir, daşınmaz əmlakların sənədləri öyrənilir.

130 mindən artıq torpaq sahəsi ölçülüb

Qeyd edək ki, layihə ərazisi işlərin görülməsi üçün şərti olaraq hissələrə – lotlara bölünüb. İndiyədək iyirmi iki lotun on biri və ya layihə işinin 50%-I başa çatıb. 131 000-dən artıq torpaq sahəsi, 6 600-dən artıq obyekt (ümumilikdə 115 000 ha) artıq ölçülüb, yoxlanılıb və məlumat bazasında saxlanılıb. 3 lotun ölçmə işləri başa çatıb, son yoxlama işləri başa çatdırılıb təhvil vermə ərəfəsindədir. Daha beş lotun üzərində iş gedir. Geridə qalan 4 lot üzrə tender proseduru layihə planlamasına əsasən başlayıb.

Hazırda Gəncə şəhərində ölçmə işləri şəhərin mərkəzində - Nizami Gəncəvi prospekti, Şeyx Bahəddin, Səbuhi Xasayev, Veteranlar, Hüseyn Cavid, Qənbər Hüseynli küçələri, Gəncə Şəhər İcra Hakimiyyətinin ətrafındakı ətrafındakı ərazilərdə, eləcə də «Yeni Gəncə» ərazisi və Şəhər Dəmiryol Vağzalının ətrafında aparılır.

Şəkidə isə ölçmə işləri rayonun Cəfərabad, Göybulaq, Təpəcənnət, Çolaqlı, Kəhrizoba, Böyük Dəhnə, Kiçik Dəhnə, İbrahimkənd, Fazıl, Aydınbulaq, Əliyar, Aşağı Daşağıl və Baş Küncüt kəndlərində aparılır.

Yeni layihənin faydaları

“Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi bir neçə mühüm məsələni həll edəcək. Əvvəla, Gəncə və Şəkidə daşınmaz əmlaklarla bağlı bütün məlumatlar - onların yeri, koordinatları və ölçüləri tamamilə dəqiqləşəcək və xəritəyə köçürüləcək. Bununla bağlı indiyədək mövcud olan anlaşılmazlıqlar aradan qalxacaq. Nəticədə torpaqların sərhədləri dəqiqləşəcək, mübahisələrə son qoyulacaq, həmin əmlakların qeydiyyatı qat-qat sadələşəcək. Bu isə torpaq sahiblərinə ondan daha səmərəli istifadəyə imkan verəcək.

Bu layihə dövlət qurumlarının və kommunal xidmətlərin də işini yüngülləşdirəcək. Şəhər rəhbərliyi bu məlumatlar sayəsində torpaqlardan istifadəni düzgün planlaşdıra biləcək. Bələdiyyələr isə əmlak vergilərini tam toplayacaqlar. Belə ki, daşınmaz əmlak məlumatlarının dəqiqləşməsi həmin obyektlərdən əmlak vergilərinin hesablanmasına və yığılmasına imkan yaradacaq.

Başqa sözlə, “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” layihəsi təkcə bu bölgələrin deyil, bütün ölkənin kadastr və daşınmaz əmlak sektorunda ciddi dəyişikliklərə səbəb olacaq.


Davam.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!