Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 10-11-2015, 09:49


Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 120-200-cü km-lik Hacıqabul-Kürdəmir (80 km) və 200-287,805-ci km-lik Kürdəmir-Ucar-Yevlax-Tərtər hissələrinin (87,8 km) 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihələrinin icrası tam sürətlə həyata keçirilir və yekunlaşmaq üzrədir.

Butov.az-ın Axşam.az-a istinadən verdiyi xəbərə görə, qeyd edilən avtomobil yolunun yenidən qurulması layihəsi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2009-2013-cü illər) çərçivəsində aparılır.

Hər iki layihə üzrə yolun bir istiqamət üzrə hərəkət hissəsinin eni 13,75 metr olmaqla, ümumi eni 27,5 metrdir. Hərəkət zolaqlarının sayı 4 olmaqla, hər bir zolağın eni 3,75 metr, yol örtüyü polimer asfalt-betondur.

Layihələrə uyğun olaraq yol yatağının qalınlığı hamarlayıcı qat 30 sm, əsasən alt layı 25 sm, əsas lay 20 sm olmaqla ümumilikdə 75 sm-dir. Asfalt-beton örtüyü isə 3 qat olmaqla qalınlığı 25 sm-dir (bitumlu lay 12 sm,əlaqələndirici lay 8 sm, aşınma layı 5 sm). Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsinin yenidən qurulması layihəsi çərçivəsində 5 ədəd yol qovşağı və 1 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Bundan başqa, yolda 19 ədəd yeraltı keçid, 25 ədəd düzbucaqlı drenaj qurğusu, 148 ədəd suötürücü dairəvi boru mənfəz və 24 ədəd avtobus dayanacağı tikilib, yol boyu müvafiq yol nişanlarının quraşdırılması aparılıb.

Hacıqabul-Kürdəmir yolunun 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsinə uyğun olaraq, yolda torpaq işləri tam olaraq yekunlaşdırılıb, 12 sm bitumlu lay və 8 sm əlaqələndirici lay olmaqla 20 sm qalınlığında asfalt-beton örtüyü döşənib. Hazırda yola 5 sm qalınlığında sonuncu aşınma qatının döşənməsi və yol boyu ikitərəfli işıqlandırma sistemlərinin qurulması işləri həyata keçirilir.

Ümumilikdə, Hacıqabul-Kürdəmir avtomobil yolununda görülən fiziki işlərin həcmi 90% təşkil edir.

Avtomobil yolunun Kürdəmir-Ucar-Yevlax-Tərtər hissəsinin yenidən qurulması layihəsi çərçivəsində 4 ədəd yol qovşağı və 5 ədəd su üzərindən (hidravlik) körpünün inşası həyata keçirilərək yekunlaşdırılıb. Hazırda körpülərdə son tamamlanma işləri görülür. Bundan başqa, yolda 25 ədəd yeraltı keçiddən 11-i tikilib, 14-ü tikilməkdədir, 39 ədəd düzbucaqlı drenaj qurğusunun tikintisi tam olaraq yekunlaşdırılıb, 124 ədəd suötürücü dairəvi boru mənfəzdən 114-ü tikilib, 10-u hazırda tikilməkdədir və 16 ədəd avtobus dayanacağının tikintisi yekunlaşıb. Layihəyə uyğun olaraq, yolda müvafiq yol nişanlarının quraşdırılması işləri də aparılıb. Hazırda Kürdəmir-Ucar-Yevlax-Tərtər yolunun yenidən qurulması çərçivəsində bəzi hissələrdə torpaq işləri davam edir. Bu istiqamətdə işlərin 85%-i artıq yekunlaşıb. Bu işlərə paralel olaraq torpaq işlərinin yekunlaşdığı ərazilərə asfalt-beton örtüyünün döşənməsi həyata keçirilir. Artıq işlərin təqribən 70%-i görülüb. Yolun işıqlandırılması isiqamətində də işlər davam etdirilir.

Ümumilikdə, Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yoluna 2 zolaq əlavə edilməklə I texniki dərəcəyə təkmilləşdirilməsi layihəsi üzrə işlərin 85%-i yekunlaşdırılıb.




Kürdəmir yolunun yenidən qurulması başa çatır - fotolar
Kürdəmir yolunun yenidən qurulması başa çatır - fotolar


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!