Qəzzada 63 girov qalıb .....                        Gənc şair intihara cəhd etdi: vəziyyəti ağırdır .....                        Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq .....                        Hücum edilən xəbər saytlarının fəaliyyəti yeni həftədən bərpa olunur .....                        "Qarabağ" heç-heçə etdi .....                        Mansur Yavaşdan prezidentliyə namizədliklə bağlı açıqlama .....                        Oğlu tərəfindən baltalanan 84 yaşlı kişi danışdı: "Dedi ki, yaxşı eləmişəm" .....                        Pənah Hüseynin partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA .....                        Qısa fasilədən sonra yenidən qar yağır .....                       
Tarix : 2-10-2015, 12:20
"Azəryolservis" yollara xüsusi maddə çəkir


Maddə asfalt-beton örtüyünün ömrünü uzadır
Butov.az APA-Economics-ə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yol təsərrüfatında daha bir yeniliyə imza atılıb.

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, asfalt-beton örtüyünün ömrünün uzadılması məqsədilə yolun hərəkət hissəsinə xüsusi maddənin çəkilməsinə başlanılıb. Sözügedən işlərə Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsi istiqamətində doğru start verilib.

İlkin etapda 800 min kvadrat metr sahənin, təqribi olaraq yolun Qobustan qəsəbəsinə qədər olan 60-65 kilometrlik hissəsinin asfalt-beton örtüyünün üzərinə 3-4 millimetr qalınlığında “E-Krete polimer kompozit” adlı maddənin çəkilməsi planlaşdırılır. Bu səbəbdən də Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 14-cü kilometrliyindən Qobustan qəsəbəsinə qədər olan ərazidə işlər bitənə qədər hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, asfalt örtüyündə müxtəlif səbəblərdən əmələ gələn xırda çatlar avtomobil yollarının ömrünü qısaldır və bir müddətdən sonra dağılmasına səbəb olur. Dünyanın bir sıra dövlətlərində bitumla emal olmuş örtüklərin vaxtından əvvəl qocalaraq (oksidləşərək) çatlamasının qarşısını almaq yolları araşdırılır. Bu sahədə ABŞ-ın “Polycon” firması tərəfindən “E-Krete” adlanan maddə istehsal edilib. Maddənin tərkibi şirkət tərəfindən gizli saxlanılır. Təqribi olaraq maddənin tərkibində sement, qum, kiçik ölçüdə qırmadaş və xüsusi maddə var.

Üzərinə “E-krete” yayılmış asfalt örtüyü ən azı 5-10 il ərzində heç bir istismar qulluğu tələb etmir. Asfalt beton örtüyündə oksidləşmədən əmələ gələn çatları bağlayır və səthin üzərinə çıxmasının qarşısını alır. Yenə də istehsalçının sözlərinə görə, şaxtaya və istiyə davamlıdır.

“E-krete”-ə müxtəlif rəngləyici maddə qatılaraq praktiki olaraq hər rəngdə əldə oluna bilər. Bu səbəbdən də onunla hərəkət zolaqlarına təyinatı üzrə müxtəlif rənglər vermək, səthin üzərinə istənilən işarələr qeyd etmək və hətta yol işarələmə işlərini yerinə yetirmək olar.

Bu materialdan indiyə qədər ABŞ, Kanada, Sinqapur və sair dövlətlərdə istifadə olunub.


Butov.az


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!