Nəsillərə ən böyük miras .....                        Dəhşətli qəzada son anda xilas olan həkim imiş .....                        Fransada böhran - Baş nazir 9 ayda ikinci dəfə istefada göndərildi .....                        İsrailə hücum edildi .....                        İran diplomatı Misirdə oğurlandı .....                        Zelenski erməni siyasətçini Umerova müavini təyin etdi .....                        Amerikada dini geri qaytarmalıyıq .....                        Türkiyə Azərbaycana yeni hərbi atteşe təyin etdi .....                        Rusiya ermənilərinin başçısı seçildi .....                       
Tarix : 7-10-2016, 11:51
Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti metro stansiyalarında, o cümlədən vaqonlarda qanunsuz reklam və elanların yapışdırılmasına qarşı reydlərə başlayıb.

Butov.az xəbər verir ki, bu barədə AzNews.az-a qurumun mətbuat xidmətinin əməkdaşı Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, aparılan araşdırmalar zamanı metro qatarında qanunsuz reklam aşkarlanıb: "2014-cü ildə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yarandıqdan sonra metroda bütün növ reklam vasitələri yığışdırıldı. Əsas məqsəd metro stansiyalarında, qatarlarda pərakəndəliyi aradan qaldırmaq, qanunsuz, insanların zövqünə, təhlükəsizliyinə maneə yaradan reklam vasitələrini yığışdırmaq idi. Eyni zamanda, metro stansiyalarında və qatarlarda təmir-bərpa, yenidənqurma işləri həyata keçirilirdi. Artıq ötən ildən metro stansiyalarında qanunvericiliyin tələbləri qorunmaqla müasir standartlara cavab verən reklam vasitələrindən istifadə olunur. Görülmüş tədbirlər nəticəsində artıq mertopoliten ərazisində razılaşdırılmamış reklam vasitələrinin yerləşdirilməməsi təmin edilib".

N.Paşayev qeyd edib ki, buna baxmayaraq bəzən qanunsuz reklam vasitələrindən istifadəyə cəhd edən şirkətlər də aşkarlanır: "3 oktyabr 2016-cı il tarixində metro qatarında "İxlas" su şirkətinə məxsus reklam vasitələrinin yapışdırılmasına rast gəlinib. Həmin reklam vasitələri vaqon qapısının üst hissəsində yerləşdirilmiş metropoliten xətlərinin sxeminin üzərinə yapışdırılıb. Bu yolverilməzdir və dövlət əmlakına zərər vurulmasıdır".

Artıq “Bakı Metropoliteni” QSC məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Fakt hazırda Bakı Metropolitenində Polis şöbəsi tərəfindən araşdırılır.

Bakı Metropoliteni qanunsuz reklamla bağlı polisə müraciət etdi


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!