Tahir Kərimli partiya sədrliyindən gedir .....                        İlham Əliyev Kobaxidzeni qəbul etdi - FOTO .....                        Emin İbrahimova hökm oxundu .....                        İlham Əliyev Suriya liderini Azərbaycana dəvət etdi - FOTO .....                        Yağışlı hava bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ .....                        Məktəbin pəncərəsindən yıxılan şagirdin son durumu .....                        Ankaradan İrəvana mesaj: Paşinyan Konstitusiya dəyişikliyinə söz verib! .....                        Türkiyə Cənubi Qafqazda davamlı sülh üçün səylərini davam etdirir .....                        Müştərinin kartından oğurluq edən administrator saxlanıldı .....                       
Tarix : 7-12-2015, 09:47
"Matəm günü reklam verən telekanallar cəzalandırılacaq" - MTRŞ



“Dünən bəzi televiziya kanallarında "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulub. Hazırda bununla bağlı tərəfimizdən arayış hazırlanır. Bu məsələ Şurada müzakirə olunacaq”.

Butov.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 20.8 bəndinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində teleradio proqramlarında (verilişlərində) reklam yayımlanması qadağandır: “Televiziyaların xəbər departamentləri, rəhbərlik artıq faciədən xəbərdar idilər. Hətta elə telekanallar olub ki, dünən günorta saatlarında, 15-16 radələrində efirdə reklam veriblər. Saat 11-ə qədər efirə verilən reklamları haradasa başa düşmək olardı, lakin 12-dən sonra reklamları dayandırmamaq heç bir məntiqə sığmır”.

T. Dadaşov qeyd edib ki, matəm günü telekanalların efirində şou proqramlar yığışdırılıb.

Qeyd edək ki, matəm günü "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin bəzi telekanalında pozulduğu deyilir.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədi ilə dekabrın 6-da Azərbaycan ərazisində matəm elan edilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!