Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                       
Tarix : 12-10-2016, 11:59
82 yaşlı qadını döyən müəllimə ilə bağlı araşdırma başlanıldı - Açıqlama


Qazax rayonunda 82 yaşlı həmkəndlisini döyən Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbin tarix müəllimi Dusiya Məmmədova ilə bağlı araşdırmalara başlanılıb.

Butov.az xəbər verir ki, bu barədə AzNews.az-a Qazax rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlı məlumat verib. O, rəhbərlik etdiyi şöbənin əməkdaşlarını məktəbə göndərdiyini deyib: “Onlar həmin müəllimin dərsində oturub, tədrisə davamiyyətini, keçdiyi dərsin keyfiyyətini və şagirdlərlə münasibətini izləyiblər. Bu gün də iki nəfər göndərmişəm. Demişəm ki, qonşularla münasibəti ilə bağlı rəsmi olaraq mənə arayış gətirsinlər. Həmin arayış gəlsin, ondan sonra tədbir görəcəyik”.

N.Babanlı Dusiya Məmmədova ilə qonşusu arasında yaranan mübahisəyə hüquq-mühafizə orqanlarının cavabdehlik daşıdığını vurğulayıb: “Məhkəmə, prokurorluq var, biz onun müəllimlik keyfiyyətinə cavabdehik. İki qonşu məişət problemi üstündə dalaşıb. Məişətdə olan dava hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Mən gedib müəllimin evinə girən deyiləm ki, görəm qonşu ilə münasibəti necədir?”

Qeyd edək ki, bir neçə gün öncə Qazax rayonunda Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbin tarix müəllimi Dusiya Məmmədova ilə qonşusu arasında zibil üstündə mübahisə yaranıb. Müəllimə 82 yaşında qadının başına zibil töküb. Qoca qadın isə ona qarşılıq verəndə müəllimə onu yerə yıxaraq saçını yolub, üz-güzünə xəsarətlər yetirib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!