Ballıcada da çərşənbə tonqalı qalandı .....                        Ukraynanın nə qədər silahı qalıb? .....                        Vardanyan kimlərlə gizlin danışırmış - Məhkəmədə ifşa edildi .....                        Övladını naqillə döyən qadın tapıldı .....                        Prezidentlə xanımı çərşənbə tonqalı ətrafında - FOTO .....                        33 ildən sonra od çərşənbəsi qeyd edildi .....                        Zelenski geri çəkildi: Trampla işləməyə hazırıq! .....                        Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib .....                        Hikmət Hacıyev Fələstin səfiri ilə görüşdü .....                       
Tarix : 10-10-2016, 12:19
Müəllimə 82 yaşlı qadının başına zibil tökdü, sonra döydü - Azərbaycanda şok olay


Azərbaycanda orta məktəb müəllimi 82 yaşlı həmkəndlisini döyüb.

Butov.az AzNews.az-a istinadən xəbər verir ki, hadisə Qazax rayonunda baş verib. Məlumata görə, Vidadi Göşşüyev adına Çaylı kənd 1 saylı tam orta məktəbin tarix müəllimi Dusiya Məmmədova ilə qonşusu arasında mübahisə zibil üstündə yaranıb.

Belə ki, evinin yaxınlığında zənbildə zibil qoyulduğunu görən müəllimə onu təpiklə vurub, ətrafa yayıb. Səsə çıxan 82 yaşlı qadın müəlliməyə “zibili niyə dağıdırsan”, - deyə irad bildirəndə qonşular arasında mübahisə düşüb. Tərəflərin mübahisəsi əlbəyaxa davaya kimi böyüyüb. Müəllimə zibili yerdən götürüb yaşlı qadının başına töküb. Qoca qadın isə ona qarşılıq verəndə müəllimə onu yerə yıxaraq saçını yolub, üz-güzünə xəsarətlər yetirib.

Şahidlərin sözlərinə görə, müəllimə qoca qadını döydüyü vaxt kürəyində 6 aylıq uşaq var imiş. Müəllimə yeni doğulmuş uşağını şalla belinə bağlayıbmış.

Qoca qadının qonşulara bildirdiyinə görə, müəlliməyə müqavimət göstərməməsinin səbəbi də uşaq olub.

Yaşlı qadının yaxınları qonşuluq münasibətlərinə görə polisə şikayət etməkdən imtina edib. Onlar müəllimənin gəlib üzr istəməsini tələb ediblər, bununla da məsələnin bağlanacağına söz veriblər.

Sözügedən məktəbin direktoru Çəməngül İsmayılova məsələdən xəbərdar olanda isə “qələt eləyib, deyərəm gedib üzr istəyər” deyib. Amma buna baxmayaraq müəllimə yaşlı qadından üzr istəməyib.

Dusiya Məmmədovanın həyat yoldaşı Vaqif Piravdıyev isə döyülən qadının yaxınlarına “Haqq eləyib, yaxşı edib döyüb” deyib.

Qazax rayonunun Təhsil Şöbəsinin tədris hissə müdiri Məhəmməd Cəfərov AzNews.az-a açıqlamasında baş verən olaydan xəbərsiz olduqlarını bildirib: “Günün ikinci yarısına kimi məsələ araşdırılacaq. Məktəbin direktoru və müəllim bura dəvət olunacaq”.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!