Rəqsanənin həbsinin TƏFƏRRÜATLARI .....                        Yer yaxınlığında təhlükəli asteroid .....                        Bloger-jurnalist həbs edildi .....                        Türkiyədə saxta polislər - Əməliyyatçılar heyrətə gəldi .....                        Çin kosmosu fəth edir - Növbəti peyk orbitə buraxıldı .....                        FHN çimərliklərdə maarifləndirmə tədbirlərini davam etdirir .....                        Azərbaycanda cinayətlər ən çox hansı bölgədə törədilir? .....                        Türkiyədə meşə yanğınları davam edir .....                        İsrail Husilərə məxsus obyektləri vurdu .....                       
Tarix : 30-09-2016, 12:02
Məktəbdə qadınlar arasında əlbəyaxa dava


Dünən orta məktəblərin birində qadınlar arasında dava olub.

Butov.az Femida.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində yerləşən 51 saylı orta məktəbin inzibati binasında baş verib. Məktəbdə nəzartçisi işləyən qadınla şagirdin anası əlbəyaxa olub.
Hər iki qadının xəsarət aldığı qeyd olunur.

Məktəbin işçisi tərəfindən döyüldüyünü iddia edən Ağamalıyeva Ramella hadisənin necə baş verdiyini bizə danışıb.

“ Qızımı məktəbə aparırdım. Qızım Ayan 51 saylı orta məktəbin binasında yerləşən 10 saylı Zəngilan məktəbində 1-ci sinfə gedir. Səhər dərsə gətirəndə məktəbin qapısında dayanan nəzarətçi qadın uşağı itilədi ki, tez keçsin. Həmin vaxt uşağın başı qapıya dəydi. Özü də qapı ilə divarın arasında sıxılıb qaldı. Bu mənim acığıma gəldi.Qadına etiraz edəndə mənə hücum çəkdi. Bunu bütün valideynlər də gördü. Uşağım qorxudan ağlayırdı. Bir ana kimi buna necə dözərdim? Ona görə də əlbəyaxa davamız oldu. Hadisə ilə bağlı artıq polisə müraciət etmişəm.Özümə də xəsarətlər yetirib.”

Mübahisənin baş verdiyi 51 saylı orta məktəbin direktor müavini ilə əlaqə saxladıq. Kifayət müəllimənin sözlərinə görə, hadisə onların məktəbinin inzibati binasında baş versə də, bunun 51 saylı orta məktəbə aidiyyatı yoxdur. Çünki, 10 saylı Zəngilən məktəbinin bəzi sinifləri onların məktəbinin binasında dərs keçir. Mübahisə edənlər də məhz o məktəbin şagirdinin valideyni olub.Direktor müavininin sözlərinə görə, valideyn məktəbin işçisinə ciddi xəsarət yetirib.Artıq bununla bağlı həkimin rəyi də alınıb.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!